Bu gün Beynəlxalq Təhsil Günüdür
24-01-2023, 10:48
79

Bu gün Beynəlxalq Təhsil Günüdür

Yanvar ayının 24-ü hər il dünyada Beynəlxalq Təhsil Günü kimi qeyd edilir. Təşkilatın bu qərarı İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin 26-cı maddəsi ilə təsbit olunmuş təhsil hüququnun daha geniş təbliği məqsədi daşıyır.

TehsilForumu.Az xəbər verir ki, bu il Beynəlxalq Təhsil Günü ötən illərlər müqayisədə tamam fərqli “Kursun dəyişdirilməsi, təhsilin yenilənməsi” devizi altında qeyd olunur. Bu əlamətdar gün dünyada müxtəlif şəkildə keçirilir. Bir çox qlobal tədbirlərdə üç əsas mövzuya diqqət yetirilir: öyrənmə, innovasiya və maliyyələşdirmə.

Bu əlamətdar gün Nyu-Yorkda BMT Baş Assambleyasında, Dubayda Beynəlxalq Təhsil Sərgisində və Harvard Universitetinin Ali Təhsil Məktəbində qeyd olunub.

YUNESKO-nun 24 yanvar Beynəlxalq Təhsil Günü ilə bağlı yaydığı məlumatda belə qeyd olunur:

“Biz 2022-ci il yanvarın 24-də dördüncü Beynəlxalq Təhsil Gününü “Kursun dəyişməsi, təhsilin dəyişdirilməsi” şüarı ilə qeyd edəcəyik. YUNESKO “Təhsilin gələcəyi” adlı son qlobal məruzəsində ətraflı izah edildiyi kimi, gələcəyin dəyişdirilməsi bir-birimizlə, təbiətimizlə, eləcə də həyatımızı aşan, irəliləyiş imkanları təklif edən, ədalətlə, inklüzivliklə bağlı ciddi narahatlıqlar doğuran texnologiyalarla münasibətlərimizin təcili şəkildə dəyişdirilməsini tələb edir. Bu il Beynəlxalq Təhsil Günü hər kəsin təhsilə əsas hüququnu həyata keçirmək və daha davamlı, inklüziv, dinc gələcək qurmaq üçün həyata keçirilməli olan ən vacib dəyişikliklərin nümayişi üçün platforma olacaq. Bu, ictimai təşəbbüs və ümumi xoşbəxtlik kimi təhsilin necə möhkəmləndirilməsi, rəqəmsal transformasiyanın necə istiqamətləndirilməsi, müəllimləri dəstəkləmək, planeti qorumaq və hər bir insanın potensialını açıqlamaq haqqında debatlara səbəb olacaq”. 
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2018-ci ilin dekabr ayında sülh və inkişafın təminində təhsilin vacibliyini qeyd etmək üçün bu günün təsis olunduğunu elan edib. Beynəlxalq Təhsil Gününün qeyd edilməsi ilə bağlı qətnamə 59 üzv dövlət tərəfindən qəbul olunub. Beləliklə, hamı üçün inklüziv, ədalətli və keyfiyyətli təhsilin təmin olunmasında dəyişdirici səyləri dəstəkləmək üçün sarsılmaz siyasi iradə nümayiş etdirilib.

Oxşar xəbərlər