Məktəbli formaları necə olmalıdır ?
23-01-2023, 15:34
1 099

Məktəbli formaları necə olmalıdır ?

TehsilForumu.Az - Eyni məktəbli forması olan şagirdlər geyimlərini müqayisə etmir və dərsə daha çox maraq göstərə bilirlər. Məktəbli formasının nə üçün lazımdır sualına cavabı 4 əsas başlıq altında toplamağa çalışdıq.Qeyd edək ki, 18 mart 2022-ci il tarixində Nazirlər Kabineti yeni məktəbli formaları ilə bağlı qərar imzalayıb. Qərar 2022/2023-cü tədris ilindən tətbiq ediləcək. Qeyd edilib ki, təhsilalanların geyim forması oğlan və qızlar üçün ayrı olmaqla qış və yay formalarından ibarətdir. Geyim formaları təbii və keyfiyyətli (möhkəmlilik və davamlılıq xüsusiyyətləri, habelə aşınma müqaviməti olan, qırışlar yaratmayan, yuyulduqdan sonra ölçüləri dəyişməyən, rəngi solmayan və qarışmayan, təri yaxşı qəbul edən, spesifik qoxusu olmayan, sürtünmə nəticəsində elektrikləşməyən) parçalardan tikilməli, təhsilalanların sağlamlığına mənfi təsir göstərməməlidir. Təhsilalanlar üçün hazırlanan geyim formalarının etiketində istifadə edilən parçanın tərkibi barədə və “məktəbli forması” sözləri yazılmalıdır. Geyim formasının üzərində (ön tərəfinin sol yuxarı hissəsində və ya sol qol hissəsinin yuxarı kənar tərəfində) məktəbin emblemi əks oluna bilər. Təhsilalanlar geyim forması ilə valideynləri və ya digər qanuni nümayəndələri tərəfindən təmin edilirlər.

1. Bərabərlik

Bərabərlik məktəbli formasının müdafiəsi zamanı ən çox istifadə olunan sözlərdən biridir. Çünki məktəbli formaları uşaqlara eyni geyinmək imkanı verir. Beləliklə, heç bir uşaq yeni paltar geyinmədiyi üçün psixoloji sarsıntı keçirmir.

Eyni məktəbli forması olan şagirdlər geyimlərini müqayisə etmir və dərsə daha çox maraq göstərə bilirlər. Məktəbli formasının nə üçün lazımdır sualına cavabı 4 əsas başlıq altında toplamağa çalışdıq.
1. Bərabərlik
Bərabərlik məktəbli formasının müdafiəsi zamanı ən çox istifadə olunan sözlərdən biridir. Çünki məktəbli formaları uşaqlara eyni geyinmək imkanı verir. Beləliklə, heç bir uşaq yeni paltar geyinmədiyi üçün psixoloji sarsıntı keçirmir.
2. Aidiyyət hissi
Məktəbli formasının nə üçün zəruri olduğu suallarından biri də aidiyyət hissini artırmasıdır. Bu xüsusən də köklü tarixi olan qurumlarda loqo (gerb) vasitəsi ilə “qurum”a mənsub olmaq qürur, prestij və böyük bir cəmiyyətin bir parçası olmaq deməkdir.
3. Rahatlıq
Uşaqları məktəbli forması geyinən valideynlər daha rahatdır. Bunun səbəbi məktəb paltarlarını rahatlıqla dolabdan çıxarıb geyinə bilmələridir. Bu, valideynlərin vaxtına və puluna qənaət edir.
Bundan əlavə, şagirdlər pula qənaət edərək növbəti ildə məktəbli formasını geyinə bilərlər.
4. İntizam
Şagirdlərin məktəbdə diqqətinin dağılmasının səbəblərindən biri də geyimləri ola bilər. Eyni məktəbli forması olan şagirdlər geyimlərini müqayisə etmir və dərsə daha çox maraq göstərə bilirlər.Ümumiyyətlə rahat formada geyinə bilər.

Xatırladaq ki, Elm və Təhsil naziri Emin Əmrullayev ötən ay Azərbaycanda məktəblərdə şagirdlərin hər hansı bir forma geyinməsi ilə bağlı tələbin olmadığını söyləyib.

0 0

Şərhlər

Oxşar xəbərlər