"Azərbaycan müəllimi yetim, yiyəsiz uşaq kimi ortada qalıb"
22-01-2023, 10:04
405

"Azərbaycan müəllimi yetim, yiyəsiz uşaq kimi ortada qalıb"

"Elm və Təhsil Nazirliyi tərəfindən müəllimi nüfuzdan salmağa yönəlmiş fəaliyyət artıq öz bəhrəsini verir".

TehsilForumu.Az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib.

O bildirib ki, bu gün Azərbaycan müəllimi sinfi idarə edə, şagirdlərlə davrana bilmir:

"Şagirdlər müəllimi saymır, onu dinləmir, önəmsəmir. Çünki Elm və Təhsil Nazirliyi məhz müəlliminə qarşı belə davranır. Hər tədbirdə, hər çıxışda müəllimi təhqir edirlər, nüfuzdan salan ifadələr işlədirlər. Bir gün belə dövlət orta məktəbində müəllim işləməyənlər, müəllimin az maaşı ilə yarı ac ailə saxlamayanlar, əlinə jurnal alıb sinfə girməyənlər müəllimin və müəllimliyin qədrini bilməzlər. Bütün cəmiyyət əldə etdiyi hər şeyə görə müəllimə borcludur. Azərbaycan müəllimi Elm və Təhsil Nazirliyinin bu alçaldıcı münasibətinə layiq deyil".

Ekspert deyib ki, Azərbaycan təhsilverənləri heç bir vaxt belə biabırçı vəziyyətə düşməmişdi:

"Hanı o 200 min manat qrant alan müəllimin hüququnu qorumalı olan təşkilat? Hanı o üzvləri saxta seçki ilə təyin olunub 100 minlərlə manat qrant almış İctimai Şura? Azərbaycan müəllimi yetim, yiyəsiz uşaq kimi ortada qalıb. Allah bunu sizə bağışlamaz".
0 0

Şərhlər

Oxşar xəbərlər