Misir Mərdanovdan rüşvətlə bağlı etiraf - VİDEO
20-01-2023, 14:11
347

Misir Mərdanovdan rüşvətlə bağlı etiraf - VİDEO

Keçmiş Təhsil naziri Misir Mərdanov yeni açıqlaması ilə diqqət çəkib. 

TehsilForumu.Az xəbər verir ki, "1inci TV" adlı yutub layihəsinə qonaq olan Mərdanov məktəb direktorların rüşvət yığması ilə bağlı yayılan xəbərlərdən danışıb. Sabiq nazir xoşagəlməz hal yaradan direktorların təhsil sisteminə yaxın buraxılmamasının tərəfdarı olduğunu bildirib. Misir Mərdanov nazir işlədiyi dövrlərdə rüşvət almadığını da etiraf edib:

"Elə məktəb direktoru var 2500 AZN maaş alır. Bu az pul deyil. Mənim elə özümün burada aylıq əməkhaqqım 900 AZN-dir. Bu qədər maaş alan direktor həm də bunu edirsə, deməli həmin şəxs sistemə yaxın qoyulmamalıdır. Təəssüf ki, belə hallar əvvəllər də olub, indi də olub, gələcəkdə də olacaq. Mənə rüşvət təklif edən olmayıb. Lakin sonralar hiss etmişəm ki, bu mənə nəsə etmək istəyib. Mən həmin adamı qəbul etməmişəm".

Xatırladaq ki, Misir Mərdanov 1998-ci ilin martından 2013-cü il aprelin 18-nə qədər Azərbaycan Respublikasının Təhsil naziri vəzifəsində çalışıb.


0 0

Şərhlər

Oxşar xəbərlər