Quba Rayon İcra Hakimiyyətinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının təşkilatçılığı ilə 20 Yanvar mövzudunda elmi-praktik konfrans keçirilib
18-01-2023, 23:01
377

Quba Rayon İcra Hakimiyyətinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının təşkilatçılığı ilə 20 Yanvar mövzudunda elmi-praktik konfrans keçirilib

TehsilForumu.Az  - Quba Rayon İcra Hakimiyyətinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının təşkilatçılığı ilə 20 Yanvar 
faciəsinin 33-cü ildönümünə həsr edilmiş “20 Yanvar həqiqətlərinin 
dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin rolu” mövzudunda elmi-praktik konfrans keçirilib

Konfransda filialın direktoru fizika elmləri doktoru Yusif Alıyev, YAP Quba rayon Təşkilatının sədri Fidan Hüseynova, Quba RİH Başcısı aparatının baş məsləhətçisi Aynur Yəhyayeva, filialın professor-müəllim və tələbə kollektivi iştirak edib.

Konfransın moderatorluğunu ADPU-nun Quba filialının tələbəsi Hicran Seyidova edib.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, daha sonra 20 Yanvar həqiqətlərinə həsr edilmiş videoçarx nümayiş etdirilib.
Konfransda ADPU-nun Quba filialının direktoru f.e.d. Yusif Alıyev "20 Yanvar hadisəsinə Heydər Əliyev tərəfindən zamanında verilən siyasi qiymət" adlı məruzə ilə çıxış edərək qeyd edib ki, XX əsrin 80-ci illərdində dünyada ictimai siyasi vəziyyət əvvəlkindən fərqli idi. Dünyada baş verən inkişaf və inteqrasiya öz buxovlarından ayrılmaq istəməyən xalqlar həbsxanasının zəncirlərini zəiflətmişdir. Azərbaycan azad suveren olmaq öz ərazi bütövlüyünü qorumaq və ona sahiblənmək istəyirdi. Tək bir arzusu XX əsrin əvvəllərində dadmış olduğu azadlıq meyvəsinin yenidən bəhər verməsi idi. Bu səbəbdən SSRİ nin siyasəti qarşısında acız qalmır. 20 Yanvar gecəsi tarixin ağır sınağı ilə üz-üzə qalan Azərbaycan xaqlı faciə yaşıyaraq qəhrəmanlıq səhifəsi yazmışdır. Bu hadisə Azərbaycanda müstəqillik hərəkatını sürətləndirdi və Sovet İttifaqına ciddi zərbə vurdu. Bütün Bakı əhalisi 20 Yanvar gecəsi qətlə yetirilənlərin kütləvi dəfn mərasiminə toplaşdı. Ulu Öndərin cəsarətli siyasi hərəkətliliyi və siyasi iradəsi sayəsində 20 Yanvar hadisələri öz hüquqi və siyasi qiymətini almışdır. Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən, təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin qanlı əməlinə qarşı etiraz edən Ümummilli lider Heydər Əliyev oldu. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi, ifşaedici və cəsarətli bir bəyanat verdi. F.e.d.Yusif Alıyev həm də videolentdə çıxış zamanı Ulu öndərin üzündəki ifadəyə, xalqı üçün duyduğu iztirabın gözlərdə yansıyan əksinə diqqət çəkib. Tariximizdəki qanlı hadisələrin şair Ramiz Qusarçaylının tarixi həqiqətlərin dəqiqliklə bədii ifadəsi olan "VƏTƏN" poemasında ustalıqla öz əksini tapdığını bildirib.
Daha sonra konfransda şair və publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin sədri Ramiz Qusarçaylı çıxış edərək qeyd edib ki, Xarıbülbülün azadlığını özünə geri verməyi bacaran xalqımız, bir gün qərənfilin də qisasını tam alacaq, xoşbəxt günlərin gülü kimi bağrına basacaqdır. Daha sonra "Vətən təkləndi" misraları ilə davam edərək "VƏTƏN" poemasından bir neçə bənd səsləndirib. Sonra Quba RİH Başcısı aparatının baş məsləhətçisi Aynur Yahyayeva çıxış edərək Aprel hadisələrinə, 44 günlük tarixi qələbədə əldə edilən Zəfərimizə diqqət çəkib, xalqın mübarizliyini dilə gətirib, canlı tarix yazdığımızın qürurunu ifadə edib, daha sonra ADPU-nun Quba filialının Tarix, pedaqogika və sosial elmlər kafedrasının tarix müəllimləri Mürvət Əliyev və Təhminə Nəbiyeva çıxış edib, tarixi məqamlara toxunaraq, qeyd ediblər ki, Bakıda baş verən hadisələrə Azərbaycanın digər bölgələrində də belə vətənpərvərliklə verilən cavab reaksiyası bu dövrdə Azərbaycan xalqının birliyinin ən bariz nümunəsidir. Vətənin dar günündə birlik olmaq bizə atalarımızdan miras qalıb. Bu sözü daima vətənin ən ağır günündə müqəddəs amal sayan Azərbaycan xalqı 27 sentyabr 2020-ci ildə cənab Prezidentimizin ətrafında Dəmir yumruq kimi sıx birləşərək əbədi və əzəli torpaqlarımızı işğaldan azad etdi. Tarix durduqca birliyimizin əbədi olacağına hər kəsin inamı tamdır. 
Allah Vətən uğrunda canından, qanından keçmiş bütün şəhidlərimizə rəhmət etsin.
0 0

Şərhlər

Oxşar xəbərlər