Uşaqlar hansı kitabları oxusunlar? Məsləhət.
1-01-2023, 13:22
479

Uşaqlar hansı kitabları oxusunlar? Məsləhət.

TehsilForumu.Az - Uşaq beyni daha təmiz, daha həssas, daha saf olur. Çox vaxt balacalar böyüklərin dünyasına tez çatmağa can atırlar. Bu istək onların kitab seçiminə də yanlış təsir göstərə bilər. Xəyal dünyası zəngin olan uşaq üçün əlinə keçmiş zərərli bilginin “silah”a çevrilməsi heç də az rast gəlinən ehtimal deyil. Bəzən şüurun alt qatına hopan qaranlıq bilgilər, xatirələr insanı bir ömür boyu izləyir, onun həyatını zəhərə döndərir. Odur ki, haqlı sual yaranır: uşaq, yeniyetmə kitab seçərkən nələrə diqqət yetirməlidir?(Cütçü)

Bu kimi şeirlər ana südü qədər faydalı mənəvi qidadır. Dil-ədəbiyyat dərsliklərində təsadüfi müəlliflərin dadsız-tamsız şeirlərinə baxdıqca düşünürsən: dərslikləri bədii keyfiyyətdən məhrum cızma-qaralarla yükləməkdə müəlliflərin məqsədi nədir? Dərslik dilçi, ədəbiyyatçı yetişdirmir, dərslik şagirdə dilin gözəlliklərini daddırmalıdır, onun zövqünü itiləməli, duyğusunu tərbiyələndirməlidir. Zövqlə yazılmış əsərləri yaddaşına hopduran şagird zəif şeiri, hekayəni bəyənməyəcək. Eynilə musiqidə də belədir - bayağı musiqi zövqü korlayır.

Sovet dövründə bizdə 50 cild?ik dünya uşaq ədəbiyyatı silsiləsi çap olunmuşdu. Ola bilsin, o silsilədən işıq üzü görmüş əsərlərin beşi-onu bu gün aktuallığını itirib, qalanları ki, həmişəcavan ədəbi nümunələrdir. Bu sırada uşaqlara saf duyğular, dostluq, qəhrəmanlıq, səmimiyyət təlqin edən çoxlu şeir, nəsr örnəkləri var. Söhbət hansı kitablardan gedir? Tərtib etdiyimiz siyahı, burada yer alan əsərlər məktəblilər üçün həm təklif, həm tövsiyə xarakteri daşıyır.

10 yaşa qədər oxunmalı kitablar:

Azərbaycan nağılları

Azərbaycan dastanları

Abdulla Şaiq. “Tülkü həccə gedir”

Abbas Səhhətin şeirləri və tərcümələri

Mirzə Ələkbər Sabirin uşaq şeirləri

Süleyman Sani Axundov. “Qorxulu nağıllar”

Səməd Behrəngi. “Balaca qara balıq”

İvan Krılovun şeirləri (Abbas Səhhətin çevirməsində)

Lev Tolstoyun uşaq hekayələri

Hans Xristian Andersen. “Kralın təzə libası”

Qrimm qardaşları. “Bremen musiqiçiləri”

10 yaşdan yuxarı:

Mark Tven. “Şahzadə və dilənçi”, “Tom Soyyerin

macəraları”Aleksandr Düma. “Üç muşketyor”

Mayn Rid. “Başsız atlı”

Robert Lüis Stivenson. “Dəfinələr adası”

Antuan de Sent-Ekzüperi. “Balaca şahzadə”

Əziz Nesin. “İndiki uşaqlar möcüzədirlər”

Nodar Dumbadze. “Mən, nənəm, İliko və İllarion”

Aleksandr Puşkin. “Balıqçı və balıq nağılı”

Ceyms Fenimor Kuper. “Sonuncu mogikan”, “Ləpirçi”

Harriyet Biçer-Stou. “Tom dayının daxması”

Astrid Lindqren. “Damda yaşayan Karlson”

Jül Vern. “Kapitan Qrantın uşaqları”

Valter Skott. “Kventin Dorvard”

Artur Konan Doyl. “Baskervillərin iti”

Aqata Kristi. “On zənci balası”, “Şərq ekspresində qətl”

Migel de Servantes. “Don Kixot”

Fransua Rable. “Qarqantua və Pantaqruel”

Nikolay Qoqol. “Dikanka yaxınlığında xutor axşamları”

Daniel Defo. “Robinzon Kruzo”

Conatan Svift. “Qulliverin səyahəti”


Quba Rayon Təngəaltı kənd Rizvan Cəbrayılov adına tam orta məktəbin ibtidai sinif müəllimi Nigar Əli qızı Əlimirzəyeva 
0 0

Şərhlər

Oxşar xəbərlər