Quba- Xaçmaz RegionalTəhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin direktorları üçün təşkil olunmuş təlimlər davam edir.
14-12-2022, 21:29
446

Quba- Xaçmaz RegionalTəhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin direktorları üçün təşkil olunmuş təlimlər davam edir.

TehsilForumu.Az xəbər verir ki, Quba- Xaçmaz RTİ-nin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin direktorları üçün təşkil olunmuş təlimlərimiz davam edir.

Artıq 2- ci həftəni başa vurduq və 70 məktəb direktoru təlimlərimizdən yararlanmışdır.
Təlimlər kargüzarlıq, məktəbdaxili qiymətləndirmə, internet resurslarından istifadə və ofis proqramlarında fəaliyyətlər icra etmək, beynəlxalq təcrübələri bölüşmək və məktəblərdə nəticələri aşağı salan problemlər və aradan qaldırılması yolları mövzuları üzrə təşkil olunur.
İnteraktiv formada təşkil olunan təlimlərimiz iştirakçılar tərəfindən çox razılıqla qarşılanır və çox faydalı olduğunu bildirirlər.

Təlimlərin təşkilində böyük əməyi olan  Tədrisin keyfiyyəti sektorunun əməkdaşları Aytən Əlimərdanova  və Röyalə Nəsirova ya,
Həmçinin təlimçi Sevil Allahverdiyeva və internet resurslarından və proqramlardan  tədrisdə  istifadə ilə bağlı verdiyi lazımlı  bilgilərə görə  Musa İsmayılov  a təşəkkürümüzü bildirirəm.




0 0

Şərhlər

Oxşar xəbərlər