Gənclərin çağırışaqədərki hazırlığı kabinetinin açılış mərasimi keçirilib-FOTO
14-12-2022, 16:06
376

Gənclərin çağırışaqədərki hazırlığı kabinetinin açılış mərasimi keçirilib-FOTO

Paytaxtdakı 208 nömrəli tam orta məktəbdə müasir avadanlıqlarla təchiz olunmuş Gənclərin çağırışaqədərki hazırlığı kabinetinin açılış mərasimi keçirilib.

 
TehsilForumu.Az xəbər verir ki, açılış mərasimində Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, Müdafiə Sənayəsi Nazirliyinin Aparat rəhbəri Zaur Əliyev, müdafiə sənayəsi nazirinin müşaviri Arif Babayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini, general-mayor Çingiz Kiçibəyov, BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, Təlimə Dəstək Mərkəzinin metodisti Mürsəl Qurbanov, Vətən Müharibəsi Qəhrəmanı Elsevər Nağıyev, məktəbin Gənclərin çağırışaqədərki hazırlığı (GÇH) rəhbəri Elməddin Həsənov, görkəmli memar Ramiz Hüseynov və digər qonaqlar iştirak ediblər.

 

Öncə qonaqlar Gənclərin çağırışaqədərki hazırlığı kabinetində və Virtual trenajor zalında yaradılan şəraitlə tanış olublar.

 

Müdafiə sənayəsi nazirinin müşaviri Arif Babayev gəncləri milli vətənpərvərlik ruhunda tərbiyə etməyin həm çox çətin, həm də olduqca məsuliyyətli iş olduğunu söyəyib. Yüksək milli ruhun mövcudluğunun ölkənin gücünün əsas meyarı olduğunu deyən A.Babayev Müdafiə Sənayəsi Nazirliyinin təşəbbüsü ilə yaradılan Gənclərin çağırışaqədərki hazırlığı kabineti barədə ətraflı məlumat verib.

 

Açılış mərasimində çıxış edən BŞTİ müdiri Mehriban Vəliyeva İdarə tərəfindən məktəblilərin milli ideologiyamız olan azərbaycançılıq məfkurəsi əsasında tərbiyə edilməsi, onların mütərəqqi dünyagörüşə malik şəxsiyyət kimi formalaşması, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər ruhda böyüməsi istiqamətində tədris ili ərzində müxtəlif tədbirlər həyata keçirildiyini bildirib.

Açılış mərasimində çıxış edən BŞTİ müdiri Mehriban Vəliyeva İdarə tərəfindən məktəblilərin milli ideologiyamız olan azərbaycançılıq məfkurəsi əsasında tərbiyə edilməsi, onların mütərəqqi dünyagörüşə malik şəxsiyyət kimi formalaşması, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər ruhda böyüməsi istiqamətində tədris ili ərzində müxtəlif tədbirlər həyata keçirildiyini bildirib.

 

M.Vəliyeva müasir dövrün tələblərinə uyğun, hərbi sahə ilə bağlı bütün ləvazimatlarla təchiz olunan Gənclərin çağırışaqədərki hazırlığı kabinetinin yaradılmasının X və XI sinif şagirdlərinin dərsə marağının daha da yüksəldəcəyinəəmin olduğunu bildirib. M.Vəliyeva Gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisinin məqsədinin məktəbliləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, orduya gənc hərbi qulluqçuların hazırlanmasını təmin etməkdən ibarət olduğunu xatırladıb. Azərbaycanda təhsilin və elmin inkişafına ən yüksək səviyyədə qayğı göstərildiyini bildirən M.Vəliyeva azad olunmuş torpaqlarımızda həyata keçirilən böyük quruculuq işlərinə müasir gəncliyin də öz layiqli töhfələrini verəcəklərinə əminliyini bildirib.

 

Elm və Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Fərzəli Qədirov ilk olaraq Müdafiə Sənayəsi Nazirliyinə təşəkkürünü bildirib. Yüksək dünyagörüşünə və bacarıqlara malik gənclərin hazırlanmasında ümumi təhsil müəssisələrinin üzərinə böyük məsuliyyət düşdüyünə diqqət çəkən F.Qədirov regionlarda da bu cür GÇH kabinetlərinin yaradılmasının vacibliyini qeyd edib.
0 0

Şərhlər

Oxşar xəbərlər