“Direktor məktəb bufetini kimə icarəyə verdiyinə diqqət etməlidir”-Baş mütəxəssis
8-12-2022, 15:00
389

“Direktor məktəb bufetini kimə icarəyə verdiyinə diqqət etməlidir”-Baş mütəxəssis

 TehsilForumu.Az “Bufetlərin vəziyyəti məktəb direktorları uşaqların sağlamlığını düşündüyü halda yaxşılaşa bilər”.

 

Bəzi ali və orta təhsil müəssisələrində fəaliyyət göstərən bufetlərdə insan orqanizmi üçün zərərli qidaların satılması geniş vüsət almaqdadır.

 

İstifadə müddəti keçmiş, mənşəyi dəqiq məlum olmayan müxtəlif un məmulatlarının, vaxtı keçmiş şirələrin, kolbasa və sosislərin satışı, təbii olaraq tələbə və şagirdlərin səhhəti üçün təhlükə yaradır.

 

Mövzu ilə bağlı danışan qida məsələləri üzrə baş mütəxəssis Ağa Salamov bufetlərdə satılan qidaların zərərlərindən söz açıb:

 

“Məktəblərdə zərərli qidalar satılmağa dəvam edir və qoyulan qadağalar da buna təsir etmir. Çünki, həmin zərərli qidanı uşaqlar məktəbdə almasalar belə, istədikləri yerdə alıb qəbul edə bilərlər. Bunun da əsas səbəbi valideyinlər tərəfindən sağlam qidalanmanın uşaqlara öyrədilməməsidir. Mütəxəssis kimi insanlara sağlam qidalanmağı tövsiyyə edirik. Daha çox yerli məhsullardan istifadə etmək daha məqsədəuyğundur.

 

Günümüzdə sağlamlığa ən çox ziyan vuran məhsullardan biri də rəngli, qazlı içkilərdir. Bir çox məktəb bufetləri də bu ziyanlı içkiləri satırlar. Bunlardan mütəmadi olaraq istifadə, mədə-bağırsaq sistemində və qaraciyərdə ciddi problemlər yaradır. Ona görə də, rəngli, qazlı içkilərin satılması məktəblərdə qadağan olunmalıdır. Digər zərərli məhsullardan biri də kolabasadır. Kolbasanın tərkibində olan qatqı maddələri, nitrat turşusu, monosodium qlutamat, rəngləndirici və dadlandırıcılar və.s bunlar davamlı olaraq istifadə edildikdə gələcəkdə ciddi şəkildə fəsadlara yol açır”.

 

Mütəxəssis şagirdlərin sağlamlığnın məktəbin məsuliyyətində olduğunu qeyd edib:

 

“Məktəb bufetlərində monitorinqlər keçirilsə də qidaların heç birində yaş həddi yoxdur. Buna görə də, həmin qadağalar effekt vermir. Məktəb direktorları uşaqların sağlamlığını düşündüyü halda bufetlərin vəziyyəti yaxşılaşa bilər. Direktor bufeti kimə icarəyə verdiyini bilməli və həmin aşbazın sağlam qidalanma menyusundan xəbəri olmalıdır.Ümumiyyətlə bağçalarda, məktəblərdə, universitetlərdə işləyən aşbazların menyu bazası olmalıdır”.

 
0 0

Şərhlər

Oxşar xəbərlər