İbtidai siniflər üçün dərslər saat 09:10-da da başlaya bilər - AÇIQLAMA
30-11-2022, 17:45
288

İbtidai siniflər üçün dərslər saat 09:10-da da başlaya bilər - AÇIQLAMA

“Əgər valideynlər istəyirsə, dərs 9-da başlasın, başlaya bilər. Bizim üçün tənzimləyici qurum olaraq dərsin 8-də və ya 9-da başlamasının fərqi yoxdur. Məktəb öz vəziyyətinə baxıb qərar verə bilər”.

Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev ötən həftə media nümayəndələri üçün keçirilən brifinqdə deyib.

Maraqlıdır, həqiqətən də, orta məktəblərdə dərs 09:00-da başlaya bilərmi? Dərs saatlarının dəyişdirilməsi paytaxtdakı mövcud tıxac probleminə necə təsir edə bilər?

Mövzu ilə bağlı TehsilForumu.Az xəbər verir ki, Redaktor.az-a açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov bildirdi ki, bu məsələ nəzəri baxımdan deyilə bilər, amma bunu əsaslandırmaq lazımdır.



“Hesab edirəm ki, bu məsələ ciddi təhlil olunmalıdır. Burada proqramların çatdırılması, müəllimlərlə bağlı məsələlər var. Əgər Elm və Təhsil Nazirliyi hesab edir ki, bu məsələləri tənzimləyə biləcəklər, bu halda onu nəzərdən keçirmək olar. Bu, sadə bir şey deyil. Elə müəllim var iki yerdə işləyir. Ona görə də, burada proses tam təhlil olunduqdan, fəsadları araşdırıldıqdan sonra bu məsələyə baxmaq olar. Amma məncə, əvvəlcə məsələ çox ciddi şəkildə təhlil olunmalıdır. Hesab edirəm ki, bu mövcud problemlərdən çıxış yolu deyil. Bəzən məsələyə qlobal formada yanaşmalıyıq ki, sonra deməyək ki, səbəb bu deyilmiş, başqa imiş. Buna görə, çox ciddi araşdırmalardan, müzakirələrdən sonra addım atmalıyıq. Nəticəsi ölçülməlidir ki, sonra əlavə problemlər yaranmasın”, - deyə deputat vurğuladı.

Məsələnin digər tərəfi ilə bağlı danışan nəqliyyat eksperti Elməddin Muradlı isə qeyd etdi ki, əgər zəruri olarsa, ibtidai siniflər üçün təhsil 09:10-da da başlaya bilər:


Redaktor.az

İbtidai siniflər üçün dərslər saat 09:10-da da başlaya bilər - AÇIQLAMA

Təhsil 16:46 28.11.2022 947
“Əgər valideynlər istəyirsə, dərs 9-da başlasın, başlaya bilər. Bizim üçün tənzimləyici qurum olaraq dərsin 8-də və ya 9-da başlamasının fərqi yoxdur. Məktəb öz vəziyyətinə baxıb qərar verə bilər”.

Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev ötən həftə media nümayəndələri üçün keçirilən brifinqdə deyib.

Maraqlıdır, həqiqətən də, orta məktəblərdə dərs 09:00-da başlaya bilərmi? Dərs saatlarının dəyişdirilməsi paytaxtdakı mövcud tıxac probleminə necə təsir edə bilər?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov bildirdi ki, bu məsələ nəzəri baxımdan deyilə bilər, amma bunu əsaslandırmaq lazımdır.



“Hesab edirəm ki, bu məsələ ciddi təhlil olunmalıdır. Burada proqramların çatdırılması, müəllimlərlə bağlı məsələlər var. Əgər Elm və Təhsil Nazirliyi hesab edir ki, bu məsələləri tənzimləyə biləcəklər, bu halda onu nəzərdən keçirmək olar. Bu, sadə bir şey deyil. Elə müəllim var iki yerdə işləyir. Ona görə də, burada proses tam təhlil olunduqdan, fəsadları araşdırıldıqdan sonra bu məsələyə baxmaq olar. Amma məncə, əvvəlcə məsələ çox ciddi şəkildə təhlil olunmalıdır. Hesab edirəm ki, bu mövcud problemlərdən çıxış yolu deyil. Bəzən məsələyə qlobal formada yanaşmalıyıq ki, sonra deməyək ki, səbəb bu deyilmiş, başqa imiş. Buna görə, çox ciddi araşdırmalardan, müzakirələrdən sonra addım atmalıyıq. Nəticəsi ölçülməlidir ki, sonra əlavə problemlər yaranmasın”, - deyə deputat vurğuladı.

Məsələnin digər tərəfi ilə bağlı danışan nəqliyyat eksperti Elməddin Muradlı isə qeyd etdi ki, əgər zəruri olarsa, ibtidai siniflər üçün təhsil 09:10-da da başlaya bilər:



“Bunun üçün müzakirələr, təhlillər aparılmalıdır, sonra həllini tapmalıdır. Tutaq ki, birdən-birə Elm və Təhsil Nazirliyi qərar verdi, dərs saatları saat 09:00-da başladı. Bu, bəlkə də daha ağır nəticə verəcək. Amma elə məktəblər var ki, həqiqətən də, sıxlığa səbəb olur. Həmin məktəblərin dərs saatlarını müxtəlif saatlara salmaq olar. Tıxacı, xüsusən də, ibtidai sinif şagirdləri yaradır. İbtidai siniflərin dərs saatını yoxlamaq olar. İbtidai siniflərin dərsini 08:00, 08:20, 08:40, 09:00, lap yeri gələrsə, 09:10 üçün də təyin etmək olar. Əsas odur ki, məktəblər bunu fərdi qaydada valideyn komitələrinin qərarı ilə həll etsə, daha yaxşı olar. Nazir oturub otaqda qərar verir. Amma o nə bilir ki, nə qədər uşaq məktəbə yaxın ərazidən gəlir? Nəqliyyat ilə bağlı faciəmizin əsasında o durur ki, bütün qərarlar kabinetlərdə verilir. Bir dənə araşdırma aparan yoxdur. Əziyyətini də çəkən biz oluruq. Məktəblərlə bağlı valideynləri dinləmirlər, ancaq bayram tədbirlərində direktora pul yığaq, onu alaq, bu qədər verək kimi heç bir əhəmiyyəti olmayan müzakirələr aparılır”.
0 0

Şərhlər

Oxşar xəbərlər