Şagirdlərin aparıb-gətirilməsi üçün avtobuslar təşkil edilə bilər-AMMA...
26-11-2022, 16:18
294

Şagirdlərin aparıb-gətirilməsi üçün avtobuslar təşkil edilə bilər-AMMA...


“Məktəb avtobusları ilə bağlı məsələ bizim Strateji Yol Xəritəmizdə var və uşaqların təhsil müəssisəsinə rahat getməsini istəyirik".

 

 
TehsilForumu.Az xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında qeyd edib.

 

 

"Bəzi məktəblərin ciddi və sərt seçim qaydaları var. Məsələn, şagird yaşadığı ərazidə məktəbə getməlidir. Məktəb avtobusları ilə şagirdin evindən müəyyən qədər uzaqda təhsil aldığı məktəbə çatdırılması üçündür. Hazırda müəyyən qədər pərakəndəlik mövcuddur, amma biz bunu müəyyən qədər yoluna qoymuşuq. Vaıideyn evin yanında yerləşən məktəblə yanaşı, digər bir məktəbə də övladını apara bilər. Bəzi məktəblərimiz var ki,onlar özəl sektor vasitəsilə avtobus təminatını həyata keçirir. Amma bunun daha geniş tətbiqi və effektivliyi üçün müəytən məaələlər həll aradan qalxmalıdır"-deyə, nazir bildirib.
0 0

Şərhlər

Oxşar xəbərlər