V ixtisas qrupu gələcəkdə ləğv edilə bilər? –“Bu, yanlış addım olardı”
25-11-2022, 14:25
243

V ixtisas qrupu gələcəkdə ləğv edilə bilər? –“Bu, yanlış addım olardı”

TehsilForumu.Az - “V ixtisas qrupunun ləğv olunması, burada olan ixtisasların başqa ixtisas qruplarının tabeliyinə verilməsi doğru istiqamət deyil”.

 

2015-ci ildən etibarən, artıq abituriyentlərin 4 fərqli ixtisas qrupu arasından deyil də, 5 ixtisas qrupu arasından seçim etmək imkanları yarandı. Bu qrupun qəbul imtahanını digər ixtisas qruplarından fərqləndirən cəhət odur ki, qəbul üçün abituriyentlər yalnız buraxılış imtahanında iştirak edir və burada topladığı bal əsas ölçü meyarını oynayır.

 

Yekunda toplanılmış ballardan əlavə abituriyentlərdən bir də əlavə olaraq qabiliyyət imtahanında minimal keçid balının toplanılması tələb edilir.

 

Bəs V ixtisas qrupunun ləğv olunması gözlənilirmi? V ixtisas qrupu abituriyentlər üçün nə dərəcədə önəm kəsb edir?

 

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndiyev fikirlərini AzEdu.az-la bölüşüb:

 

“V ixtisas qrupunda olan fənlərin hamısı qabiliyyət tələb edən ixtisaslardı. Bu qrupun ləğv olunması doğru bir qərar olmaz. Əvəllər V ixtisas qrupunda olan ixtisaslar digər qruplarda (l-III) yer alırdısa, V qrupun yaranması ilə həmin ixtisaslar təmərküzləşdi. Nəticədə V ixtisas qrupuna hazırlaşan abituriyentlər həm V qrupu, həm də istədikləri başqa ixtisas qrupunu seçə bilərlər. Amma V qrupda olan ixtisaslar digər qrupların tabeliyinə verilərsə, abituriyentlərin artıq bu imkanı olmayacaq”.

 

Ekspert V ixtisas qrupunun üstünlükləri barədə danışdı:

 

“Bəzən abituriyent I ixtisas qrupu üzrə informasiya texnologiyaları ixtisasına qəbul olmaq istəyir,amma onun topladığı bal yetərli olmur. Bu qrupun əsas üstünlüyü ondan ibarətdir ki, elektron ərizə zamanı V ixtisas qrupu üzrə qeydiyyatdan keçən abituriyent bu istiqamətdə təhsil alma hüququna malik olur.

 

Bu səbəbdən V ixtisas qrupunun ləğv olunması, burada olan ixtisasların başqa ixtisas qruplarının tabeliyinə verilməsi doğru istiqamət deyil”-deyə, o bildirib.

 

Oxşar xəbərlər