Müəllimlərin qarşılıqlı yerdəyişməsi sadəcə təhsil deyil, insan resurslarının idarə edilməsi sahəsində də bir ilkdir.
25-11-2022, 09:33
208

Müəllimlərin qarşılıqlı yerdəyişməsi sadəcə təhsil deyil, insan resurslarının idarə edilməsi sahəsində də bir ilkdir.

TehsilForumu.Az “Müəllimlərin qarşılıqlı yerdəyişməsi sadəcə təhsil deyil, insan resurslarının idarə edilməsi sahəsində də bir ilkdir. Gələcəkdə bu layihənin beynəlxalq platformalarda təqdim edilməsini düşünürük ki, müxtəlif ölkələr də prosesdən yararlana bilsinlər”.



Bunu İnsan Resurları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli Təhsil TV-də yayımlanan “Təhsil Masası” verilişində deyib.



“Layihə sosial təkliflər nəzərə alınaraq tətbiq edilməyə başladı. Qarşılıqlı yerdəyişmə ilk olaraq ötən tədris ilinin aprel ayından start verildi. Nəticədə 200-dən artıq müəllimin yerdəyişməsi həyata keçirildi.



Bu il də noyabrda prosesə başladıq və payız semestrinin sonuna kimi yerdəyişməni həyata keçirməyi düşünürük. Qarşılıqlı yerdəyişmə üçün mövcud olan platformada artıq müəllimlər bir-birilərilə əlaqə qurub, razılaşma əldə edərək nazirliyə müraciət edirlər. Biz də müraciəti nəzərdən keçirdikdən sonra qərarı təsdiqləyir və emala başlayırıq”-deyə, o bildirib.

Oxşar xəbərlər