"Problemlərdən diqqəti yayındırmaq üçün "günah keçisi" müəllimlər seçilir"
24-11-2022, 10:24
292

"Problemlərdən diqqəti yayındırmaq üçün "günah keçisi" müəllimlər seçilir"

TehsilForumu.Az - "Hər bir sahənin inkişafı düzgün idarəetmə, kadr siyasəti və səmərəli maliyyələşmədən asılıdır, təhsil də həmçinin".

Bunu açıqlamasında dosent İlham Əhmədov deyib.

O bildirib ki, təhsildə strateji idarəetmə bizdə heç vaxt olmayıb, amma bu zəruridir, çünki son 30 ildəki təhsil nazirlərinin heç biri və komandası strateji düşünmə və ideya sahibi olmayıblar:

"Hər bir rəhbər işçiyə ətrafına yığdığı komandaya görə qiymət verirlər. Emin Əmrullayevə qədər nazirliyin tərkibi 90 % təhsildən bixəbər kadrlardan ibarət idi. Amma onun vaxtında gətirilənlərin də əksəriyyəti təsadüfi adamlar oldu. Belə kadrlarla təhsildə irəliləyiş mümkün deyil. Maliyyələşmə məsələləri də ölkənin digər sahələrdə olduğu kimi bərbad haldadır, şəffaf deyil, səmərəsizdir".

Dosent İlham Əhmədov bildirib ki, bütün bu problemlərdən diqqəti yayındırmaq üçün "günah keçisi" olaraq müəllimlər seçilib:

"Onların savadsız olmasını sübut etmək istəyir və demək istəyirlər ki, belə müəllimlərlə təhsili qaldırmaq mümkün deyil. Yəni, heç nə etmək mümkün deyil, təhsil düzəlməyəcək", - deyə İ.Əhmədov qeyd edib.
0 0

Şərhlər

Oxşar xəbərlər