NÖVBƏTÇİ MÜƏLLİMİN VƏZİFƏLƏRİ
22-11-2022, 09:10
8 163

NÖVBƏTÇİ MÜƏLLİMİN VƏZİFƏLƏRİ

TehsilForumu.Az təqdim edir. Növbətçi müəllim:


1. Dərsin başlanmasına 30 dəqiqə qalmış məktəbə gəlməli, dərs qurtarandan 30 dəqiqə sonra da növbətçilik vəzifəsini yerinə yetirməli və məktəbdən getməlidir. 
2. Növbətçi olduğu gün ayrı-ayrı siniflərin sinif növbətçilərini yoxlayır, dərs məşğələlərinin gedişində baş verə biləcək pozuntuları aradan qaldırır. 
3. Dərs məşğələlərinin gedişi zamanı koridorda sakitçiliyi bərpa edir, zəngin vaxtında vurulmasına nəzarət edir.
4. Sinif jurnallarının yerində olmasını yoxlayır, dərsdə iştirak etməyən şagirdlərin hesabatını aparır. 
5. Tənəffüs zamanı növbətçi şagirdlərdən başqa bütün şagirdlərin sinifdən çıxmasına nəzarət edir. 
6. Zəng içəri vurulduqdan sonra bütün şagirdlərin sinifdə olmasını, dərsdə iştirakını təmin edir, intizamı pozan şagirdlər haqqında müvafiq ölçü götürür. 
7. Şagirdlərin məktəb avadanlığı və tədris ləvazimatları ilə düzgün rəftar etmələrinə və qorunmasına nəzarət edir. 
8. Təhsil müəssisəsinin daxili intizam qaydalarına, dərs və dərslərarası tənəffüslərdə nizam-intizam qaydalarına riayət olunmasına nəzarət edir, dərs cədvəlində dərslərin göstərilən qayda üzrə keçirilməsinə diqqət yetirir və bir dərsin digəri ilə əvəz olunmasına yol vermir. 
9. Məktəbdə ümumi qaydaların yerinə yetirilməsinə məsuliyyət daşıyır.
10. Müəllimlər otağının təmiz və səliqəli saxlanmasına nəzarət edir, 
müəllimlərin tədris işləri ilə məşğul olmaları üçün şərait yaradılmasını təmin edir.
11. Növbətçi müəllim dərslər qurtardıqdan sonra məktəbdə gün ərzində baş vermiş işlərə dair direktor müavininə hesabat verir.

Quba Rayon Təngəaltı kənd Rizvan Cəbrayılov adına tam orta məktəbin ibtidai sinif müəllimi Nigar M Əli qızı Məmmədova 
1 1

Şərhlər

Oxşar xəbərlər