Bu iki fənn bütün ixtisas qruplarına əlavə edilə bilər – Abituriyentlər ayağa qalxacaq
21-11-2022, 19:04
5 210

Bu iki fənn bütün ixtisas qruplarına əlavə edilə bilər – Abituriyentlər ayağa qalxacaq

Azərbaycan tarixi fənni ilə bağlı bütün peşə sahəsində çalışan vətəndaşların anlayışı olmalıdır.”

 

Mütəmadi olaraq, təhsil ekspertləri arasında (I-V) ixtisas qrupu fənləri sırasına “Azərbaycan tarixi” və “İnformatika” fəninin əlavə olunması ilə bağlı müzakirələr aparılır.

 

Fənn bloklarına aid olan fənlər həmin bloka aid olan ixtisasların tələbatını nə dərəcədə ödəyir? Hər fənn blokuna aid 5 fənn yüzdən çox ixtisasın tələbatını nə dərəcədə ödəyə bilir? İxtisas qrupu fənlərinin artırılması vacib hesab olunurmu?

 

Mövzu ilə bağlı ekspert və tarixçilərin fikirlərini təqdim edirik:

 

TehsilForumu.Az - Təlimçi, təhsil eksperti Elnur Hacıyev mövzu ilə bağlı açıqlamasında ali məktəblərə qəbul imtahanı zamanı bütün ixtisas qruplarına “Azərbaycan tarixi” və “İnformatika”  fənninin əlavə edilməsini abituriyentin işini daha da çətinləşdirəcəyini  vurğulayıb:“Mənimedoqoji fikirlərimdə ənənəvilik və müasirlik ön plana keçir. Həm ənənəvilik, həm də müasirliyə diqqət edilməlidir. Belə düşündükdə məntiqli hesab olunur. Az abituriyent tapılar ki, məqsədli olaraq ixtisas seçib ona doğru irəliləsin.  Ali məktəblərə hazırlaşan abituriyent  (I və IV) ixtisas qrupunu tarix fənni yoxdur deyə seçir. Qəbuldan sonrakı prosesdə, ixtisasından aslı olmayaraq bütün tələbələrə “Azərbaycan tarixi” fənni tədris olunur və imtahan keçirilir”.

 

“Azərbaycan tarixi” fənninin əlavə edilməsi “İnformatika” fənninə nisbətən daha məqsədəuyğun hesab olunur -deyə, o bildirib.
0 0

Şərhlər

Oxşar xəbərlər