Gələn il qəbul imtahanları əvvəlkindən tez keçiriləcək - EKSPERT
20-11-2022, 12:04
1 758

Gələn il qəbul imtahanları əvvəlkindən tez keçiriləcək - EKSPERT

Ali məktəblərə qəbul imtahanlarının cədvəli bu il dekabrın 15-dək elan olunacaq. Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ötən gün mediaya açıqlamasında bu barədə danışıb. O bildirib ki, imtahan vaxtları Elm və Təhsil Nazirliyi ilə razılaşdırılacaq.

 

"İlin sonuna doğru, dekabrın 15-nə qədər cədvəli Elm və Təhsil Nazirliyi ilə razılaşdırıb ictimaiyyətə təqdim edəcəyik", - deyə M.Abbaszadə bildirib. 

 

Bundan əvvəlki illərdə Dövlət İmtahan Mərkəzi imtahanların vaxtını adətən yanvar ayında açıqlayırdı. 

 

Maraqlıdır, imtahan cədvəlinin bu dəfə daha tez açıqlanması nədən irəli gəlir? Bunun qəbula hazırlaşan abituriyentlərə faydası olacaqmı? 

TehsilForumu.Az -   Mövzu ilə bağlı danışan təhsil eksperti Kamran Əsədov hesab edir ki, imtahanların vaxtının dekabradək açıqlanması yaxşı haldır. 

 

O, fikirlərini belə əsaslandırıb: "İmtahan vaxtlarının dekabrın 15-nə kimi açıqlanmasını iki istiqamətdə dəyərləndirə bilərik. Gələn il qəbul və buraxılış imtahanları əvvəlki illərlə müqayisədə daha tez keçiriləcək. Hər il Dövlət İmtahan Mərkəzi (DİM) növbəti tədris ili üçün keçirəcəyi imtahanların vaxtını yanvar ayının 2-ci həftəsindən sonra elan edirdi. Bu dəfə dekabrda elan etməsi onu göstərir ki, imtahanlar önə çəkiləcək. DİM bu addımı atsa, çox yaxşı olar. Çünki qəbul imtahanlarının nəticələri 3-4 həftə ərzində çıxır, yenidən imtahan keçirilir, daha sonra ixtisas seçimi gəlir, yekun nəticə olaraq ali məktəblərə qəbul prosesi gecikir və bu iş sentyabr ayına kimi çəkir". 

 

Ekspert imtahan vaxtlarının önə çəkilməsinin mənfi təsirlərindən də söz açıb:

 

"Ali məktəblərə qəbul imtahanları öncəki illərlə müqayisədə daha tez keçirilərsə, şagirdlər üçün mənfi tərəfi qısa vaxtda hazırlaşmaları olacaq".

0 0

Şərhlər

Oxşar xəbərlər