Məktəblərin "lilipud" tənəffüsləri
20-11-2022, 10:21
1 144

Məktəblərin "lilipud" tənəffüsləri

TehsilForumu.Az - Zehni yorğunluq tədrisin keyfiyyətinə birbaşa təsir edən mənfi amillərdəndir. İstər müəllim, istərsə də şagird, əgər zehni cəhətdən tam olaraq dərsə hazır deyilsə, burada keyfiyyətli dərsdən söhbət gedə bilməz. Müəllim və şagirdlərin zehnini yoran əsas amillərdən biri də dərslərarası tənəffüslərin vaxtının azlığı və müəllimlərin fasiləsiz, ara vermədən təkrar dərslərə davam etməsidir.

Dünyanın təhsil sahəsində öndə gedən ölkələrində dərslərarası fasilə 20-30, hətta 40-50 dəqiqəyə qədər uzanır. Bu, həm şagirdlərin, həm də müəllimlərin zehni yorğunluğunun aradan qaldırılması üçün uğurlu təcrübə hesab olunur.

Dünyanın təhsil sahəsində öndə gedən ölkələrinin təcrübəsinə baxdıqda görürük ki, həmin ölkələrdə məktəblərin, demək olar ki, əksəriyyəti birnövbəlidir. Dərslər saat 9:00-da başlayıb, 16:00-da bitir. Bir sinifdə gün ərzində maksimum 6 saat dərs tədris olunur. Dərslərarası fasilə, yəni tənəffüs 20-30, hətta 40-50 dəqiqəyə qədər uzanır. Bundan başqa, müəllim gün ərzində 30-40 dəqiqəlik fasilələrlə maksimum 5 saat dərs deyə bilər. Bir müəllimin gün ərzində 5 saatdan çox deyəcəyi dərs keyfiyyətli hesab olunmur.

Şagird sıxlığı səbəbindən xaricdəki məktəblərdən fərqli olaraq ölkənin ümumtəhsil müəssisələrinin çoxu, xüsusən də paytaxt məktəbləri ikinövbəlidir.

Birinci növbənin dərsləri saat 8:00-da başlayır, 13:00-da bitir. Bundan sonra ikinci növbə saat 13:15-də başlayır və 18:00-da bitir. Dərslərarası tənəffüs 5, böyük tənəffüs isə 10 dəqiqədir. Məhz bu ikinövbəlilik tənəffüslərin çox qısa olmasına yol açır. Nəticədə həm şagird, həm də müəllim 5 dəqiqəlik tənəffüslə dalbadal 5-6, hətta 7 saat tədris prosesində olurlar. Belə olan təqdirdə təbii ki, günün sonlarına yaxınlaşdıqca onlarda yorğunluq özünü büruzə verir ki, bu da tədrisin keyfiyyətinə birbaşa mənfi təsir göstərir.

Müəllim Roza Məmmədovanın dediyinə görə, ikinövbəli məktəblərdə hər iki növbədə tənəffüslər 5, yalnız 3-cü saatdan sonra böyük tənəffüs 10 dəqiqədir. 5 dəqiqəlik tənəffüslərin istər müəllimlər, istərsə də şagirdlər üçün yetərli deyil: "5 dəqiqəlik tənəffüs yalnız müəllimin bir  sinifdən çıxıb digər sinfə getməsi üçün yetərlidir. Müəllim dərsi bitirdikdən dərhal sonra müəllimlər otağına gedir. Vaxt azlığı ucbatından dərhal jurnalı götürüb digər sinfə keçir. Bu prosesi müəllim 5 dəqiqəyə ancaq həyata keçirir. Müəllimin az da olsa dincəlmək, digər dərsə zehin açıqlığı ilə girmək üçün heç bir vaxtı qalmır. Düşünürəm ki, tənəffüslər 10 dəqiqə olsa, daha yaxşı olar. Müəllim bir az dincələr ki, bu da növbəti dərsin daha effektiv keçirilməsinə zəmin yaradar. Bundan başqa, nəzərə alaq ki, müəllimin səhər saatlarında, yəni 1-ci, 2-ci, 3-cü saatlarda gümrahlığı axırıncı saatlardakı kimi deyil. Yəni dərslərin sayı çoxaldıqca müəllim də istər-istəməz yorulur. Buna görə də dərslərarası fasilədə müəllimin daha çox dincəlməsinə zaman lazımdır". Tənəffüslərin vaxtının uzanmasının tərəfdarı olan müəllim bunun şagirdlər üçün də effektli olacağını deyir. O, şagirdin istəsə də, 6 saat müddətində qısa fasilələrlə tam dərsə adaptasiya olmasının qeyri-mümkünlüyünü deyir: "5 dəqiqəlik tənəffüslər şagirdlər üçün də yetərli deyil. Şagirdin növbəti dərsə adaptasiya olması üçün zehni, fiziki yorğunluğu aradan qalxmalıdır. Bundan başqa, etiraf edək ki, bu 5 dəqiqə ərzində şagird qidalanmaq üçün bufetə düşməli və digər ehtiyaclarını ödəməlidir. Belə olduğu təqdirdə o, vaxta qənaət etmək məcburiyyətində qalır və tələsir. Nəticədə şagirdlər böyük stress keçirir. Bütün bu sadaladıqlarımızı nəzərə alsaq, tənəffüslərin müddətinin artırılmasının tərəfdarıyam".

Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının Qidalanma və kommunal gigiyena kafedrasının müdiri İbrahim Əhmədovun sözlərinə əsasən, orta məktəblərdə tənəffüs müddətinin uzadılması mütləqdir. Çünki məktəblilərin sağlam qidalanması üçün 5-10 dəqiqəlik tənəffüs vaxtı kifayət etmir: "Hesab edirəm ki, məktəblərdə ictimai qidalanma blokları olmalıdır. Bu blokların kifayət qədər sayda oturaq yerləri və 20 dəqiqə tənəffüs vaxtı olmalıdır ki, şagirdlər sağlam qidalana bilsinlər".tənəffüslər də böyük tənəffüs kimi 10 dəqiqə olsa, daha yaxşı olar".

Şagird günün sonlarına doğru, yəni axırıncı saatlarda daha çox yorulduğunu və bundan sonra dərsə əvvəlki kimi maraqla qulaq asmadığını bildirib.

Əməkdar müəllim Asif Cahangirov deyir ki, 5 dəqiqəlik tənəffüs indiyədək heç sovet təhsil sisteminin sanitar-gigiyenik tələblərində belə olmayıb. Onun sözlərinə görə, təhsil sahəsində inkişaf edən ölkələrin çoxunda kiçik tənəffüs müddəti 10 dəqiqə, böyük tənəffüs müddəti isə 30 dəqiqədir: "Bizdə elə fikirləşirlər ki, uşaqları dərslə yükləməklə onlardan dahi düzəltmək mümkündür. Bu, düzgün fikir deyil. Biz bu sindromdan uzaqlaşmalıyıq. Məktəbdə belə uşaqlardan öz uşaqlığını almamalıyıq. Uşağın enerji imkanlarını nəzərə almaq lazımdır. Ən kiçik tənəffüs 10 dəqiqə olmalıdır".istərsə də şagirdlərlə söhbətlərimizdən məlum oldu ki, 5 dəqiqəlik tənəffüslər onların həm yorğunluğunun çıxmasına, həm də müəyyən ehtiyaclarının ödənməsinə kifayət etmir.

Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, hazırda məktəblərdə tənəffüs müddəti məktəblər tərəfindən müəyyən edilir. Əgər dərsarası tənəffüs müddəti yetərli deyilsə, vaxtın artırılması ilə bağlı məktəblər tərəfindən müvafiq qərar verilə bilər.

Sevinc QARAYEVA
0 0

Şərhlər

Oxşar xəbərlər