Tətil zamanı müəllimləri məktəbə çağırmaq olarmı? - RƏY
19-11-2022, 09:04
3 428

Tətil zamanı müəllimləri məktəbə çağırmaq olarmı? - RƏY

TehsilForumu.Az"Tətil günlərində müəllimləri məktəbə çağırmaq yolverilməzdir".

Bunu açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.

Ekspertin fikirlərinə görə, müəllimlik vəzifə deyil, peşə hesab olunur:

"Təəssüf ki, qanunvericilikdə bu yöndə boşluq var. Təhsil sahəsində çalışan müəllimlərlə bağlı ayrıca yanaşma olmalıdır. Azərbaycan Respublikasının əmək məcəlləsinə görə, tam ştatda çalışan işçilər 8 saatlıq iş rejimində çalışdıqları müəssisədə olmalıdır. Lakin bu hal müəllimlərə şamil edilmir. Müəllimin vəzifə öhdəliyi tədrisin aktiv olduğu müddətdə dərsdə iştirak etməkdir".

K.Əsədov bildirib ki, heç bir halda məktəb direktorları müəllimləri tətil günlərində məktəbə çağırmamalıdır:

"Direktor, direktor müavini, təsərrüfat hissə müdiri - bunlar tədrislə məşğul olmayan vəzifə sahibidirlər. Tətil günlərində məktəbə onlar gəlməlidirlər. Birmənalı olaraq birbaşa tədrisə bağlı olan fəaliyyət: jurnal yazmaq, şagirdlərin texniki işlərini icra etmək və s. hallar istisna olmaqla digərlər proseslərə görə müəllimi məktəbə cəlb etmək qanunsuzdur".


0 0

Şərhlər

Oxşar xəbərlər