"Yuxarı siniflər üçün formaların hazırlanmasına gələn il başlanılacaq"-AÇIQLAMA
1-09-2022, 08:12
350

"Yuxarı siniflər üçün formaların hazırlanmasına gələn il başlanılacaq"-AÇIQLAMA

Avqust ayınının 17-dən məktəbli formalarının satışına başlanılıb. Satışda yuxarı siniflər üçün formaların olmaması isə caşqınlıq yaradıb.

 

Mövzu ilə bağlı Bakı Tikiş Evinin (BTE) Satış şöbəsinin rəisi Etibar Əzimov AzEdu.az-a bildirib ki,yuxarı siniflər üçün formaların hazırlanmasına gələn il başlanılacaq:

 

"Yeni məktəbli formaları bu il sadəcə I - IV siniflər üçün nəzərdə tutulub. Qərar gec verildiyinə görə, yuxarı siniflər üçün formaların hazırlanmasına gələn il başlanılacaq".

 

Şöbə rəisi qərarın məktəbli formasının rənglərinin məlum olmamasının da xeyli vaxt apardığını qeyd edib:

 

"Qərarın gec çıxması həmçinin məktəbli formasının rənglərinin məlum olmaması xeyli vaxt apardı. İlk olaraq rənglərin məktəblər tərəfindən seçiləcəyi deyildi. Amma həmin vaxt tətil olduğu üçün məktəblərdən bu barədə heç bir məlumat əldə edə bilmədik. Bakı Tikiş Evi olaraq 4 rəng arasından 2 rəngi biz seçməli olduq".

 

Qeyd edək ki, hazırda məktəbli formasının satışı Bakı Tikiş Evi və “Bravo” marketlər şəbəkəsində aparılır. Polo köynəklərin qiyməti 14 manat, şalvar və ətəklər isə 25 manatdır.
0 0

Şərhlər

Oxşar xəbərlər