“Ehtiyac olsa, talış dilinin tədrisi bərpa edilə bilər”-REKTOR
19-08-2022, 13:42
1 032

“Ehtiyac olsa, talış dilinin tədrisi bərpa edilə bilər”-REKTOR

TehsilForumu.Az  - Valideynlər övladlarının talış dilinin tədrisi ilə yüklənməsinin tərəfdarı deyillər”.

Bu sözləri  açıqlamasında Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimov deyib.

 
Azərbaycanda yaşayan bir çox etnik qrupların dilləri tədris edilir. Lakin bir müddətdir ki, talış dilinin ali təhsil sistemində tədrisinə fasilə verilib.

 
Rektor talış dilinin ali təhsil sistemində tədrisinin dayandırılmasının səbəblərinə aydınlıq gətirib: “Lənkəran Dövlət Universitetində talış dilinin tədrisi həyata keçirilib. Ali təhsil müəssisəsi tərəfindən talış dilinin tədrisi ilə bağlı mütəxəssislər hazırlanıb. Xüsusən də, ibtidai siniflərdə talış dilinin tədrisi ilə bağlı proqram həyata keçirilib. Sonrakı dövlərdə isə onun nə əlifbası, nə də dərsliyi tərtib edildi. Bu istiqamətdə işçi qurupunun yaradılmasına baxmayaraq proses baş tutmadı. Çünki vətəndaşlar bu fənnin tədrisini istəmədilər. Məlumata əsasən, valideynlər övladlarının talış dilinin tədrisi ilə yüklənməsinin tərəfdarı deyillər. Onlar uşaqlarının bu dili evdə öyrənməsinin daha məqbul olduğunu qeyd ediblər. Ona görə də bu dilin tədrisinə fasilə verilib”.

 



 

Rektor qeyd edib ki, ehtiyac olduğu təqdirdə talış dili tədris oluna bilər: “Əgər təlabat olarsa, talış dilinin tədrisi bərpa edilə bilər. Regional təhsil idarəsi tərəfindən araşdırma aparılır. Onlar bu istiqamətdə kadra hazırlığına ehtiyac olduğunu bilsələr, ibtidai sinif müəllimliyi üzrə bu fənnin tədrisini bərpa edə bilərik. Belə olan halda talış dili dərsliyinin tərtib edilməsi şərtdir”.
0 0

Şərhlər

Oxşar xəbərlər