Qarşılıqlı yerdəyişmə edəcək müəllimlərin nəzərinə-Məlumatlar göndərilib
28-07-2022, 08:00
425

Qarşılıqlı yerdəyişmə edəcək müəllimlərin nəzərinə-Məlumatlar göndərilib

İnsan Resurları Mərkəzi qarşılıqlı yerdəyişməni təsdiq edən müəllimlərə müraciət edib.

TehsilForumu.Az  xəbər verir ki, məlumata əsasən, iş yerini qarşılıqlı dəyişdirmək üçün müraciətini təsdiqləmiş müəllimlərin şəxsi kabinetinə sənədlərin yoxlanılacağı məkan, tarix və saat barədə məlumatlar göndərilib.

 

Qeyd edək ki, müsabiqə dövlət ümumi təhsil müəssisələrində müddətsiz əsaslarla çalışan müəllimlərə elektron sistem vasitəsilə, öz istəyi əsasında, iş yerini qarşılıqlı dəyişdirmək imkanı verir.
0 0

Şərhlər

Oxşar xəbərlər