Ümumi
27-11-2021, 09:02
513
Küveytdə soydaşımızın rəhbəri olduğu sinif rəqs müsabiqəsinin qalibi olub
Küveytdəki “American Baccalaureate School”da Beynəlxalq Xalqlar Günü münasibətilə bayram tədbiri keçirilib. Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyinin dəstəyi ilə təşkil edilən bayram tədbirində milli geyimlərimiz, uşaqların Azərbaycanla bağlı əl işləri, qədim adət-ənənələrimizə aid şəkillər, jurnallar nümayiş olunub.
TehsilForumu.Az xəbər verir ki, tədbirdə ölkəmizi məktəbin ingilis dili müəlliməsi, “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq
Cəmiyyətinin üzvü Nüşabə Lətifova təmsil edib.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbir iştirakçılarına noyabrın Zəfər ayı olması, Azərbaycan Ordusunun qüdrəti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Qarabağın erməni işğalından azad edilməsi haqqında məlumat verilib, “Dəmir yumruq” əməliyyatında şəhidlərimizin və qazilərimizin rolu xüsusi vurğulanıb.
Sonda Beynəlxalq Xalqlar Günü münasibətilə məktəblər arasında keçirilən rəqs müsabiqəsinin qalibləri elan olunub. Soydaşımız Nüşabə Lətifovanın rəhbəri olduğu sinif müsabiqənin qalibi seçilib və onlara sertifikatlar təqdim edilib.
Təqdimatdan sonra sinif rəhbəri Nüşabə Lətifova şagirdlərlə birlikdə “Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!” şüarını səsləndiriblər.

Şərhlər