Siyəzən rayonunda "1 kitab-1 gələcək" layihəsi həyata keçirilmişdir.
25-11-2021, 11:28
613

Siyəzən rayonunda "1 kitab-1 gələcək" layihəsi həyata keçirilmişdir.

TehsilForumu.Az xəbər verir ki, Siyəzən Rayon Təhsil Şöbəsi və Gənclərin Karyera İnkişaf Mərkəzinin Siyəzən nümayəndəliyinin təşkilatçılığı ilə "1 kitab-1 gələcək" layihəsi həyata keçirilmişdir. Layihə çərçivəsində bəzi kənd məktəblərində təhsil alan sosial təminatı nisbətən zəif olan ali məktəblərə hazırlaşan şagirdlərin təhsil almasına dəstək vermək məqsədilə onlara müxtəlif fənlər üzrə hazırlıq vəsaitləri, testlər və digər vəsaitlər hədiyyə edilmişdir. 
"Sosial fəaliyyətlər klubu"nun təşəbbüsü ilə başlanan aksiyada 100-dən çox dərs və test vəsaitləri toplanaraq kəndlərdə yaşayan gənclərin istifadəsinə verilib. İnanırıq ki, bu kitablar gənclərimizin təhsilinə və gələcəyinə işıq olacaq. Layihə digər kəndlərimizdə də davam etdiriləcəkdir.
 Bu aksiyanın təşkilində verdikləri dəstəyə görə Sonda GİKM-nin Siyəzən nümayəndəliyinin əməkdaşlarına təşəkkürlər  bildirilib.
0 0

Şərhlər

Oxşar xəbərlər