Təhsil Forumu Sosial Platformasının yaranmasının 3 illiyi qeyd edilib – FOTO
10-05-2022, 06:49
607

Təhsil Forumu Sosial Platformasının yaranmasının 3 illiyi qeyd edilib – FOTO

TehsilForumu.Az  xəbər verir ki, “PORT RİVOLİ BAKU HOTEL” də 120 mindən artıq təhsil ictimaiyyətini özündə birləşdirən Təhsil Forumu Sosial Platformasının yaranmasının 3 illiyi qeyd edilib.

Tədbiri ümumtəhsil məsələləri üzrə mütəxəssis Elşən Qafarov açaraq Sosial Platforma haqqında məlumat verib və bölgələrdən olan koordinatorları təqdim edib. Sosial Platforma haqqında üç illik hesabat üçün söz platformanın rəhbəri Emil Tağızadəyə verilib. O, keçən 3 il ərzində platformanın üzvlərinin sayının 120 minə çatması, yeni layihələrin uğurla həyata keçirilməsindən bəhs edib. Yaxın vaxtlarda Sosial Platformanın təhsil üçün daha ciddi addımlar atacağını qeyd edib. Təhsil eksperti Nadir İsrafilov, mektebgushesi.az saytının rəhbəri Məzahir Məmmədli, Güvən Nəşriyyatının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Saleh Məmmədli və müxtəlif bölgələrdən olan koordinatorlar çıxış edib.

Tədbirdə platformada fəallıq göstərən müəllimlərə Güvən Nəşriyyatından olan kitablar hədiyyə edilib.




0 0

Şərhlər

Oxşar xəbərlər