DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılır
18-04-2022, 06:25
287

DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılır

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 12 şəhər və rayonda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.

Bu barədə TehsilForumu.Az DİM-dən məlumat verilib.

Bildirilib ki, bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

İmtahan nəticələrinin yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün 3 həftə ərzində elan olunması nəzərdə tutulur.
0 0

Şərhlər

Oxşar xəbərlər