Ümumi
23-11-2021, 18:01
533
Aşqarlar Kimyası İnstitutunun gənc əməkdaşı beynəlxalq müsabiqənin qalibi olub.
Azərbaycan Milli Elmlər Akademiyasının akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Yağlayıcı-soyuducu kompozisiyalar laboratoriyasının elmi işçisi dissertant Könül Qəhrəmanova Rusiyanın Petrozavodsk şəhərində Beynəlxalq Elmi Əməkdaşlıq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Gənclər elminin avanqardı” beynəlxalq elmi-tədqiqat müsabiqəsinin qalibi olub.
Bu barədə TehsilForumu.Az - a Aşqarlar Kimyası İnstitutundan məlumat verilib. Bildirilib ki, Könül Qəhrəmanovanın “Xəzər dənizi sularında neft çirklənmələrinin bioremediasiyası” mövzusunda təqdim etdiyi elmi iş Müsabiqə Komissiyası tərəfindən müsbət qiymətləndirilib. Gənc alim I dərəcəli diplom və sertifikatla təltif edilib.
Bununla yanaşı, Könül Qəhrəmanovanın elmi rəhbəri kimya üzrə elmlər doktoru, professor Pərvin Məmmədovaya tədqiqat işinin hazırlanmasında göstərdiyi dəstəyə görə müsabiqə təşkilatçıları tərəfindən təşəkkürnamə verilib.
Qeyd edək ki, beynəlxalq elmi-tədqiqat müsabiqəsinin məqsədi elmlər doktorları, elmlər namizədləri və müxtəlif fəaliyyət sahələri üzrə tədqiqatçılar, müəllimlər və doktorantları elmə yeni töhfələr verməyə və tədqiqat fəaliyyətlərinin səmərəliliyini artırmağa həvəsləndirməkdir.

Şərhlər