TKTA 5 peşə ixtisası üzrə sənəd qəbulu elan edib
8-04-2022, 07:10
326

TKTA 5 peşə ixtisası üzrə sənəd qəbulu elan edib

Təhsildə Keyfiyyət Təminatı Agentliyi 5 peşə ixtisası üzrə sənəd qəbulu elan edib.

 

Agentlikdən TehsilForumu.Az-a verilən məlumata görə, turizm sahəsində iaşə üzrə mütəxəssis, bağban-dekorator, baytar texniki, elektrik qaz qaynaqçısı və tikiş avadanlıqlarının operatoru, tikişçi peşə ixtisasları üzrə formal təhsilə çıxış imkanı məhdud olan vətəndaşlar üçün təhsil sənədi əldə etmək imkanı yaradır.

 

Belə ki, sözügedən ixtisaslar üzrə müxtəlif kurslarda, dərnəklərdə, fərdi məşğələlərdə təlim keçmiş və ya usta yanında, özünütəhsil yolu ilə bilik və bacarıqlara yiyələnmiş vətəndaşlar həmin səriştlələrin qiymətləndirilməsi və tanınması məqsədilə keçirilən imtahanlarda iştirak edə bilərlər.

 

İmtahanlardan uğur əldə edən ərizəçilərə müvafiq modul üzrə sertifikat, peşə ixtisasının bütün modulları üzrə sertifikat əldə etmiş ərizəçilərə isə ilk peşə təhsili səviyyəsində təhsil haqqında sənəd - diplom təqdim ediləcək.

 

Ərizəçilər müraciət qaydaları, tələb olunan sənədlər və imtahan barədə ətraflı məlumat əldə etmək üçün keçiddən (https://tkta.edu.az/p/informal-education#application-guidelines-informaleducation) istifadə edə və imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.
0 0

Şərhlər

Oxşar xəbərlər