Novruz bayramı münasibətilə ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyevin təbriki
19-03-2022, 11:17
278

Novruz bayramı münasibətilə ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyevin təbriki

Novruz bayramı münasibətilə ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyevin təbriki

Hörmətli professor-müəllim heyəti, dəyərli əməkdaşlar, əziz tələbələr,

Sizlərin hər birini qədim və milli bayramımız olan Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, xoş günlər arzulayıram.

Novruz bayramı xalqımızın ən qədim bayramlarından biridir, milli mənəvi dəyərimizdir.

Sevindirici haldır ki, bundan əvvəl hər birimiz üçün Şuşada Novruz tonqalının qalanması arzu idisə, artıq o tonqal Şuşa qalasının qarşısında qalandı. Dünən arzu olanı müdrik rəhbər və güclü ordu bu gün hər birimiz üçün reallığa çevirdi. Novruz həm də yeni gün, yeni başlanğıcdır. Ötən Novruzdan bu günə qədər ADPU-nun Quba filialı olaraq da çox işlərə, çox ilklərə imza atdıq. Yeni strukturların yaradılması, tədbir və görüşlər, beynəlxalq konfrans və təlimlər, istərsə də əməkdaşlıq etdiyimiz qurumların kəmiyyət və keyfiyyət baxımından dəyişməsi bizlərin doğru yolda olduğumuzu sübut etdi. Müxtəlif vaxtlarda müxtəlif sosial layihələrdə filial olaraq iştirak etdik. Hətta rəhbərlik daxil peşəkar komandamızla birlikdə rayon üzrə Şəhid və qazi ailələrinin yanında olduq, mənəvi köməklik göstərildi. Əməkdaşların maddi sosial vəziyyətinin yaxşılaşdırılması baxımından maaş artımı, il ərzində mükafatların verilməsi əməkdaşları ruhlandırdı. Tələbələrin dərsə davamiyyətinin artırılması üçün internet paketləri tərəfimizdən hədiyyə edildi, tədris prosesində yeni platformalardan istifadəni asanlaşdırmaq məqsədi ilə peşəkar mütəxəssislər cəlb edildi, kurs və təlimlər keçirildi.
44 günlük Vətən müharibəsində iştirak edən tələbə və məzunlarımızla diqqət artırıldı. Onların həyat və döyüş yolu filialımızın tələbələri üçün örnək kimi təbliğ edilir. 
Böyük ADPU ailəsinin üzvü olan Quba filialı Strateji hədəflərə doğru daha mətin addımlarla irəliləyir. 
Diqqət etsək əgər keçən Novruzdan bu Novruza sadalamaqla bitməyəcək uğurlu yol keçmiş olduq... 
Bu gün biz bu bayramı artıq iki ildir ki, qalib gəlmiş qəhrəman xalq kimi qeyd edirik. Ali Baş Komandanımızın əmri və müzəffər, şanlı ordumuzun qətiyyəti sayəsində işğaldan azad olnmuş torpaqlarımızdan artıq bahar ətri duyulur. 
 Torpaqlarımızın azadlığı uğurunda canlarından keçərək, şəhidlik zirvəsinə ucalmış qəhrəman oğullarımıza Allahdan rəhmət diləyir, hər bir şəhid anasının qarşısında baş əyirəm.
Bir daha hər birinizi ürəkdən təbrik edir, bu bayramın öz gəlişi ilə evinizə, ocağınıza firavanlıq gətirməsini arzu edirəm.

Novruz bayramınız mübarək olsun! Allah xalqımızı, dövlətimizi, ordumuzu, Prezidentimizi qorusun!

Quba şəhəri, 19 mart 2022-ci il.
0 0

Şərhlər

Oxşar xəbərlər