Quba məktəblərində bayram tədbirləri - FOTOLAR
18-03-2022, 13:24
277

Quba məktəblərində bayram tədbirləri - FOTOLAR

Ümumi təhsil müəssisələrində Novruz bayramı ilə əlaqədar tədbirlər keçirilib.

TehsilForumu.Az xəbər verir ki, paytaxt məktəblərində "Novruz bayramı bədii ədəbiyyatda", "Yurdumuza bahar gəlir", "Novruz gəlir", “Novruz töhfələri”, “Səməni, saxla məni”, “Novruz xalq bayramıdır” və digər müvafiq mövzularda tədbirlər, ədəbi-bədii kompozisiyalar, “Dəyirmi masa”lar, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil edilib.

Bundan əlavə, təhsil müəssisələrində Novruz bayramı münasibətilə divar qəzetləri, stendlər və guşələr, bülletenlər hazırlanıb, müxtəlif nominasiyalar üzrə müsabiqələr təşkil olunub.

Quba rayon üzrə Təhsil İdarəsi əməkdaşlarının,  məktəblərin pedaqoji kollektivi, valideyn və şagirdlərin iştirak etiyi tədbirlərdə xalqımızın qədim tarixini əks etdirən, milli adət və ənənələrimizi özündə birləşdirən Novruz bayramının tarixi, su, od, yel və torpaq çərşənbələrinin mahiyyəti, Novruz atributları haqqında şagirdlərə geniş məlumat verilib. Bildirilib ki, varlığın yenidən canlanmasını müjdələyən Novruz sülh və əmin-amanlığın, insanlar arasında birlik və mehribanlığın carçısıdır.

Tədbirlərdə milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyi şagirdlərin diqqətinə çatdırılıb.

Bayram şənliklərində şagirdlər baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid mahnılar ifa edib, şeirlər səsləndirib, maraqlı səhnəciklər nümayiş etdiriblər. Şagirdlərin ifasında milli rəqslər, xalq oyunları, Keçəl və Kosanın məzəli əhvalatları, Bahar qızın gəlişi tədbirlərə rəngarənglik qatıb.  

Tədbirlərdə bayram tonqalı qalanıb, məktəblilər tonqal ətrafında yallı gediblər.





0 0

Şərhlər

Oxşar xəbərlər