Paşinyanı öldürməyə çağıran müəllimə cinayət işi açıldı
22-11-2021, 06:58
478

Paşinyanı öldürməyə çağıran müəllimə cinayət işi açıldı

Ermənistanda məktəb müəllimi Baş nazir Nikol Paşinyana və onun ailə üzvlərinə qarşı zorakılığa çağırışda ittiham olunub.



TehsilForumu.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə datalex.am məhkəmə informasiya sisteminə istinadən yazır.



İşin materiallarına görə, təqsirləndirilən şəxs İrəvan məktəbinin tarix müəllimi Akop Qriqoryandır:




“2021-ci il mayın 21-də 7-ci sinif şagirdləri üçün tarix dərsi keçərkən, xidməti vəzifəsindən istifadə edərək, şagirdlərin iştirakı ilə o (Qriqoryan) Baş nazir Nikol Paşinyana və onun ailə üzvlərinə qarşı ictimai çağırışlar səsləndirərək deyib ki, Nikol Paşinyanı öldürmək, ailəsini isə yandırmaq lazımdır”.


Tarix müəlliminə qarşı cinayət işi başlanılıb.
0 0

Şərhlər

Oxşar xəbərlər