Azİİ e-Kitab Evində sərgi: Dahi şair və mütəfəkkir Nizami Gəncəvi
21-11-2021, 11:40
337

Azİİ e-Kitab Evində sərgi: Dahi şair və mütəfəkkir Nizami Gəncəvi

TehsilForumu.Az Dövlət Neft və Sənaye Universitetinin Azİİ e-Kitab Evində 2021 –ci il “Nizami Gəncəvi İli” çərçivəsində “Dahi şair və mütəfəkkir Nizami Gəncəvi” kitab sərgisi təşkil olunub. Sərgi dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinə həsr edilib.


Universitetdən bildirilib ki, sərgidə müdriklik və hikmət şairi Nizami Gəncəvinin həyat və yaradıcılığını, Azərbaycan mədəniyyətini, ümumilikdə yaxın Şərq xalqları mədəniyyətini əks etdirən və ictimai bədii fikir tarixində yeni bir səhifə açmış əsərləri yer alıb. Ədibin məşhur “Xəmsə”sinə daxil edilən poemalar və Nizami haqqında yazılan əsərlər sərgilənir.



Sərgi virtual şəkildə Azİİ e-Kitab Evinin oxucuları üçün nümayiş olunur.
0 0

Şərhlər

Oxşar xəbərlər