Mart ayında keçiriləcək imtahanlar-DƏQİQ SİYAHI
1-03-2022, 12:23
673

Mart ayında keçiriləcək imtahanlar-DƏQİQ SİYAHI

TehsilForumu.Az Dövlət İmtahan Mərkəzinə istinadən mart ayı ərzində təşkil olunacaq imtahanları təqdim edir:

 

1.Abituriyentin elektron ərizəsinə qeydiyyat 4-17 mart tarixində baş tutacaq.

 

2.Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı (Qaradağ, Xəzər, Yasamal, Nərimanov, Gəncə (Kəpəz), Qazax, Qax, Balakən, Yevlax, Ağdam, Göyçay, Ağdaş, Lənkəran, İmişli, Şirvan, Qusar, Biləsuvar, Gürcü bölməsi) 5 martda olacaq.

 

3.Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı (Nizami, Suraxanı, Binəqədi, Sumqayıt, Gəncə (Nizami), Ağstafa, Oğuz, Zaqatala, Beyləqan, Füzuli, Kürdəmir, Ucar, Cəlilabad, Saatlı, Neftçala, Şabran, Siyəzən, Xızı, ingilis və fransız bölmələri) 6 martda keçiriləcək.

 

4.Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün tеst imtаhаnı 6 mart üçün nəzərdə tutulub.

 

5.Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı (Sabunçu, Səbail, Nəsimi, Naxçıvan MR, Goranboy, Naftalan, Göygöl, Daşkəsən, Tovuz, Gədəbəy, Şəki, Masallı, Astara, Bərdə, Tərtər, Ağsu, İsmayıllı, Sabirabad, Xaçmaz) 12 martda baş tutacaq.

 

6.Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı (Xətai, Abşeron, Pirallahı, Mingəçevir, Samux, Şəmkir, Qəbələ, Yardımlı, Lerik, Ağcabədi, Zərdab, Şamaxı, Salyan, Quba, Qobustan, Hacıqabul, Bakı (xüsusi məktəblər - internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər, Çilov) 13 martda olacaq.

 

7.Dövlət qulluğuna qəbul imtahanı (A növü) 13 martda təşkil ediləcək.

 

8.Peşə liseylərinin Azərbaycan dilindən fərqli dildə təhsil alan şagirdləri üçün dövlət dili (Azərbaycan dili) imtahanı 14 mart keçiriləcək.

 

9.Milli qəhrəman M.İbrahimov adına liseydə monitorinq imtahanı 16 və 17 martda olacaq.
0 0

Şərhlər

Oxşar xəbərlər