“Qeyri-formal və informal təhsilin qiymətləndirilməsi və tanınması” mövzusunda onlayn təlimlər keçirilib
15-02-2022, 08:51
260

“Qeyri-formal və informal təhsilin qiymətləndirilməsi və tanınması” mövzusunda onlayn təlimlər keçirilib

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən peşə təhsili ixtisasları üzrə mütəxəssislər üçün “Qeyri-formal və informal təhsilin qiymətləndirilməsi və tanınması” mövzusunda onlayn təlimlər keçirilib.

TKTA-dan TehsilForumu.Az-a bildirilib ki, təlimlərdə peşə təhsili müəssisələrinin, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən elmi-tədqiqat institutlarının, Azərbaycan Dövlət Aqrar Universitetinin, Bakı Texniki Kollecinin əməkdaşları və özəl sektor nümayəndələri iştirak ediblər.


Təlim iştirakçılarına peşə təhsili üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi və tanınması prosesi haqqında danışılıb. Testologiya elmi, bu elm əsasında test və praktiki tapşırıqların tərtib edilməsi, eləcə də qısamüddətli təlim proqramlarının hazırlanması barədə ətraflı məlumat verilib.
Təlimlər bitdikdən sonra iştirakçılar təlim nəticələrinin mənimsənilməsi ilə bağlı qiymətləndirmədə iştirak ediblər. 

Qiymətləndirmədə yüksək nəticə qazanmış ekspertlər vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri səriştələrin qiymətləndirilməsi prosesinə cəlb ediləcəklər.
0 0

Şərhlər

Oxşar xəbərlər