2021-ci təqvim ili ərzində paytaxt məktəbliləri idmanın müxtəlif növləri üzrə beynəlxalq və respublika yarışlarında 188 qızıl, 86 gümüş, 105 bürünc olmaqla, ümumilikdə 379 medal əldə ediblər.
23-12-2021, 05:22
305

 TehsilForumu.Az məlumat verir ki, Beynəlxalq arenada fərqlənən məktəblilər:

Bakı şəhəri 249 nömrəli tam orta məktəbin şagirdi Aydın Süleymanlı Monteneqronun Nikşiç şəhərində keçirilən “Vladimir Bato Kontiç” turnirində böyük uğura imza atıb. A.Süleymanlı 9 turdan 6,5 xal toplayaraq yarışın qalibi adını qazanıb. İstedadlı məktəbli bu nəticə ilə həm də qrossmeyster balını toplayıb;

82 nömrəli tam orta məktəbin şagirdi Selcan Əbdürəhmanlı Latviyanın paytaxtı Riqa şəhərində üzgüçülük idman növü üzrə keçirilən "Tokio 2021" Yay Olimpiya Oyunlarına lisenziya xarakterli beynəlxalq yarışda II yeri tutub və gümüş medala layiq görülüb;

Paytaxtdakı 265 nömrəli tam orta məktəbinin şagirdi Nicat Hüseynov Polşanın Keltse şəhərində keçirilən gənc boksçular arasında dünya birinciliyində bürünc medal qazanıb;

Bakı şəhəri 35 nömrəli tam orta məktəbin məzunu Fərid Baxışlı Bolqarıstanda keçirilən yeniyetmə güləşçilərin Avropa çempionatında erməni idmançını məğlub edərək I yerə çıxıb. Qızıl medala layiq görülən paytaxt məktəblisi Azərbaycan bayrağını qaldırıb, himnimizi səsləndirib;

Paytaxt məktəblisi - 82 nömrəli tam orta məktəbin şagirdi Kamran Kazımov Serbiyada keçirilən dünya çempionatında karate idman növü üzrə I yerə layiq görülüb. Dünya çempionu olan K.Kazımov bu qələbəsinə görə diplom, medal və kuboka layiq görülüb;

Paytaxtdakı 76 nömrəli tam orta məktəbin şagirdi Ruzanna Məmmədova Macarıstanın paytaxtı Budapeşt şəhərində sərbəst güləş üzrə yeniyetmələr arasında keçirilən dünya çempionatında II yeri qazanıb;

Bakı şəhəri 192 nömrəli tam orta məktəbin şagirdi Fidan Ağazadə “SFA Federasiyası Kuboku 2021” adlı yelkənli qayıq yarışında I yeri sahiblənərək çempion olub.

0 0

Şərhlər

Oxşar xəbərlər