
Ümumi / Rəsmi
4-12-2024, 10:00
256
84 yeni vakansiya elan edildi
Bu gündən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrində vakanat psixoloq, kitabxana müdiri, kitabxanaçı və katib-makinaçı vəzifələri üzrə sənəd qəbuluna başlanılıb.
TehsilForumu.Az-ın məlumatına əsasən, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən bildirilib, təhsil müəssisələrində tədris-köməkçi heyət üçün keçirilən müsabiqəyə 84 vakant yer çıxarılıb.
Müsabiqəyə psixoloq vəzifəsi üzrə 50, kitabxana müdiri və kitabxanaçı vəzifəsi üzrə 25, katib-makinaçı vəzifələri üzrə isə 9 olmaqla ümumilikdə 84 vəzifə çıxarılıb.
Şərhlər