7 yeni ixtisas...
4-12-2024, 09:10
265

7 yeni ixtisas...

Ali təhsilin bakalavriat səviyyəsi üzrə 7 yeni ixtisas təsnifata əlavə edilib.

TehsilForumu.Az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev bildirib.

O qeyd edib ki, “Riyaziyyat və fizika müəllimliyi”, “Data analitikası”, “Kənd təsərrüfatı texnologiyaları”, “Heyvandarlıq”, “Qidalanma və diyetologiya”, “Proqram təminatı mühəndisliyi” və “Qida texnologiyaları” ixtisasları təsnifata əlavə olunub: "Eyni zamanda 10 ixtisasın adında dəyişiklik edilib”.
0 0

Şərhlər

Oxşar xəbərlər