İş və istirahət günlərinin yerləri dəyişdirildi
29-11-2024, 13:00
143

İş və istirahət günlərinin yerləri dəyişdirildi

İş və istirahət günlərinin yerlərində dəyişiklik edilib.


TehsilForumu.Az-ın məlumatına əsasən,  bu barədə Nazirlər Kabineti qərar verib.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.

Belə ki, 2024-cü il dekabrın 30 və 31, eləcə də 2025-ci il yanvarın 1, 2, 3, 4 və 5-i qeyri-iş günləri olacaq.
0 0

Şərhlər

Oxşar xəbərlər