Şagirdlərə islamın təməl prinsipləri aşılanmalıdır-Akif Aşırlı
11-12-2021, 15:59
616

Şagirdlərə islamın təməl prinsipləri aşılanmalıdır-Akif Aşırlı

“Məktəblərin birində çəkilən " İmamlarımızı tanıyaq " klipinə baxdım , söylənildiyinin əksinə , burda qeyi- adi heç nə yoxdur”
 
TehsilForumu.Az xəbər verir ki, bunu jurnalist, "Şərq" qəzetinin təsisçisi və baş redaktoru Akif Aşırlı qeyd edib.
 
O, şagirdlərə ilkin dini biliklərin öyrədilməli olduğunu bildirib:
 
“Nə xurafat var , nə qara əbaya bürünən, özünə zəncirlə işgəncə verən məktəbli. Müasir, səliqəli geyinən şagirdlərin 12 imamla bağlı klipi heç kəsdə qıcıq yaratmamalıdır. Əksinə milli - mənəvi dəyərləri qorumaq , sağlam şəkildə gələcəyə ötürmək üçün şagirdlərə ilkin dini bilgilər öyrədilməli , islamın təməl prinsipləri aşılanmalıdır.Bu öyrədilmədikcə, şagirdlərin gələcəyində bu boşluqları məzhəbçilər , xurafatçılar dolduracaq”
 
Son olaraq o,-“İslam Azərbaycanın ideoloji prinsiplərindən biridir, bayrağımızda da əksini tapır.Ona görə, niyə klip çəkilib deyə hay - küyə ehtiyac yoxdur”-deyə bildirib.
0 0

Şərhlər

Oxşar xəbərlər