Şagirdlərin şəxsi işləri necə hazırlanır, ora nələr daxildir?
13-06-2024, 15:50
651

Şagirdlərin şəxsi işləri necə hazırlanır, ora nələr daxildir?

TehsilForumu.Az xəbər verir ki, Öncə qeyd edək ki, şəxsi iş bütün ümumtəhsil müəssisələrində hər şagirdin məktəbə daxil olduğu andan onu bitirənə qədər aparılır.

O, həm də yeni təyin olunan sinif rəhbərinin şagirdi öyrənmək üçün istifadə edəcəyi metodlardan biridir. Sinif rəhbəri şagirdlərin şəxsi işlərini diqqətlə nəzərdən keçirib, normal vəziyyətdə hazırlayır, dərs ilinin sonunda hər şagirdə onun təlim-tərbiyə fəaliyyəti, şagirdlər üçün qaydalara necə riayət etməsi, məsuliyyəti, intizamı, mədəni davranışı və xasiyyəti haqqın­da xüsusi xarakteristika tərtib edir.Şagirdin şəxsi işinə aşağıdakılar yazılır və şəxsi iş dəyişdirilmir....

-Şagird haqqında ümumi məlumat;

-Siniflər üzrə yekun müvəffəqiyyəti.

Şagird IX-XI siniflərdə oxuyursa, əsas təhsil haqqında şəhadətnaməsi şəxsi işdə saxlanır və orta məktəbi bitirdikdə ona verilir.

Şagird məktəbdən məzun olmadan gedərsə, onun şəxsi işinə hər il aparılan tibbi müayinələrin nəticələrinə əsasən doldurulan tibbi arayış qoyulur. Burada onun səhhəti ilə bağlı zəruri məlumatlar əks olunur.

Məktəblilərin şəxsi işləri I-IV siniflərdə müəllim, V-XI siniflərdə isə sinif rəhbəri tərəfindən aparılır.

Şagird məktəbdən gedərkən şəxsi işi yazılı ərizəyə əsasən valideynə və ya onu əvəz edən şəxsə verilir. Məktəbi bitirdikdən sonra şagirdin şəxsi işi 5 il məktəbin arxivində saxlanmalıdır.

Şagird ölkə daxilində məktəb yerdəyişməsi edərsə, onun şəxsi işi arayış əsasında yeni təhsil alacağı məktəbə verilir və hər iki məktəb tərəfindən əmrləşdirilir.Bu zaman şagirdin rəy bölümünə məlumat yazılır...
0 1

Şərhlər

Oxşar xəbərlər