Bakıda məktəbdə oğurluq olması ilə bağlı məlumat yayılıb.
11-04-2023, 06:24
651

Bakıda məktəbdə oğurluq olması ilə bağlı məlumat yayılıb.

TehsilForumu.Az xəbər verir ki, hadisənin Zirə qəsəbəsində yerləşən 120 saylı orta məktəbdə baş verdiyi bildirilib.

Belə ki, məktəbdə 7-ci sinif şagirdinin gödəkçəsinin oğurlandığı iddia edilib.

Məsələ ilə bağlı Bakı şəhəri 120 nömrəli tam orta məktəbdən "Tehsil.biz"ə verilən xəbərə görə, VII sinif şagirdinin gödəkçəsinin itməsi ilə bağlı məktəb rəhbərliyinə məlumat daxil olub:

"Bununla bağlı valideyn tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib. Qeyd edək ki, Pedaqoji Şuranın qərarına əsasən itən şagird əşyalarına məktəb cavabdehlik daşımır. Şagirdin valideyni də bu barədə tərtib olunmuş sənədi imzalayıb".
0 0

Şərhlər

Oxşar xəbərlər