“Müəllimlər şagirdə sadəcə test əzbərləməyi öyrədir”
21-03-2023, 17:33
913

“Müəllimlər şagirdə sadəcə test əzbərləməyi öyrədir”

“Təssüflər olsun ki, bizdə tədqiqat aparmağa üstünlük verən müəllimlərin sayı azdır”

 

TehsilForumu .Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Etibar Əliyev deyib:

 

"Zaman keçdikcə təhsildə dəyişən paradiqmalara uyğun yeni islahatlara ehtiyac yaranır. Təhsilin əsas siması müəllimdir. Müəllimlərin əksəriyyəti biliyi ətalətli və bitmiş şəkildə verməyə çalşırlar. Müəllim faktları sadalayır, metodları nümayiş etdirir, uşaqlar təkrarlayır və yadda saxlamağa çalışırlar. Başqa qism müəllimlər isə bilik adı altında tədqiqat aparmağa üstünlük verirlər. Təssüflər olsun ki, bizdə birinci tip müəllimlər daha çoxdur. Bilmək problemi tədqiq etmək, onu savadlı şəkildə aşkara çıxarmaq, materialı interperetasiya etmək və gəlinən nəticəni ciddi cəhdlə müdafiə etmək bacarığıdır. Müəllimin biliyi şərh etməsi nə qədər məhdud və mexanikidirsə, bir o qədər müəllimlə şagird arasında primitiv münasibət yaranır. Müəllim sadəcə test tapşırıqlarının cavabının tapılmasını uşaqlara öyrətməməlidir. Tədris proqramlarının uğuru bu ideyaya köklənməlidir ki, öyrətmə prosesi təsadüfi xarakter daşımasın. Biz səhih və dəqiq bilik əldə etmək üçün onun konkret yollarını axtarmalıyıq. Müəllim tədris etdiyi fəndən yenilikləri izləməlidir. Vaxtilə fənlər üzrə maraqlı elmi jurnallar dərc olunurdu. Hətta ucqar kəndlərə belə göndərirdilər. İndi bunlar yoxdur. Yalnız orta məktəb dərsliyi və test kitabçaları ilə uşaqlardakı istedadı dərinləşdirmək mümkün deyil. Elm sahələrində böyük alimlərin ideyaları məktəblilərə və tələbələrə çatdırılmalıdır. Görkəmli təhsil mütəxəssislərindən biri haqlı olaraq Tədris proqramını "sehirli bağça" adlandırırdı. Bu sehirli bağçadan bütün qanqallar yığışdırılmalıdır”.
0 0

Şərhlər

Oxşar xəbərlər