Cəlilabad RTŞ tərəfindən Cəlilabad şəhər 4 nömrəli tam orta məktəbində - ARAŞDIRMA
14-03-2023, 14:35
864

Cəlilabad RTŞ tərəfindən Cəlilabad şəhər 4 nömrəli tam orta məktəbində - ARAŞDIRMA

TehsilForumu.Azxəbər verir ki , Sosial şəbəkələrdə Cəlilabad şəhər 4 nömrəli tam orta məktəbin direktor səlahiyyətlərini icra edən Quliyeva Sənubər Rza qızının müəllimlərdən rüşvət istəməsi və dərsdənkənar məşğələ və dərnək saatlarının tədris edilməməsi barədə paylaşılan məlumatların araşdırılması məqsədi ilə 03.13.2023-cü il tarixdə Cəlilabad RTŞ tərəfindən Cəlilabad şəhər 4 nömrəli tam orta məktəbində monitorinq aparılmışdır. 
 Aparılmış monitorinq zamanı paylaşımda adları qeyd olunan müəllimlərdən, dərsdənkənar məşğələ və dərnək saatlarını tədris edən müəllimlərdən və S.Quliyevadan izahatlar alınmış, dərsdənkənar məşğələ və dərnək saatlarının təşkili və tədrisi vəziyyəti araşdırılmışdır. 
 Müəllimlər yazdıqları izahatlarında heç bir vaxt hər hansı bir məqsədlə S.Quliyevanın onlardan pul istəmədiyini və vermədiklərini, paylaşımın yalan və böhtan olduğunu bildirmişlər. Monitorinq zamanı məktəb üzrə 15.09.2022-ci il tarixdə 114 nömrəli əmrlə dərsdənkənar məşğələ və dərnək saatlarının əmrələşdirildiyi, dərnəklərin təşkili üçün valideynlərdən ərizələrin alındığı, dərs cədvəllərinin tərtib edildiyi və bütün jurnalların yazıldığı müəyyən edilmişdir.
0 0

Şərhlər

Oxşar xəbərlər