Məktəb dərslikləri ilə imtahan vermək mümkün deyil - Ekspertdən ETİRAZ
10-03-2023, 12:07
1 380

Məktəb dərslikləri ilə imtahan vermək mümkün deyil - Ekspertdən ETİRAZ

"Dövlət İmtahan Mərkəzi (DİM) imtahan keçirən texniki qurum olmalıdır".

 

TehsilForumu.Az xəbər verir ki bunu təhsil eskperti Elşən Qafarov imtahan prosesilə bağlı AzEdu.az-a danışarkən bildirib:

 

"Dövlət İmtahan Mərkəzi ilə Elm və Təhsil Nazirliyi təhsil sistemində olan iki ən böyük qurumdur. Elm və Təhsil Nazirliyi dövlətin təhsil siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Təhsilin hər bir pilləsi üzrə dərslər dövlət proqramı əsasında dərsliklər vasitəsi ilə tədris olunur.

 

Dövlət İmtahan Mərkəzi imtahan keçirən texniki qurum olmalıdır. İmtahan sualları mütləq şagirdlərin bilik və bacarıqlarına uyğun tərtib edilməlidir. DİM-in öz standartları, qaydaları, dərslikləri və proqramları var. Sanki təhsildə iki qurum var və mexnizimlər daha çox Dövlət İmtahan Mərkəzindədir. Nəticəni o ölçür deyə, istənilən zaman sualları çətin edib, sadələşdirə bilər. Hər il olduğu kimi, bu ildə inanmıram ki, suallar çətindi, yaxud şagirdlərin bilik və bacarıqları zəifdir. Dövlət İmtahan Mərkəzi təhsil üzərində böyük bir oyun oynayır və bütün bunlar həmin oyunun gedişatıdır".
Ekspert cəmiyyət arasında Azərbaycan məktəblərinə inam, etibarın yoxa çıxdığını bildirib:

 

"Bu gün 11-ci sinif şagirdlərinin 90%-i repetitor yanına gedir. Çünki Dövlət İmtahan Mərkəzinin yürütdüyü siyasət Azərbaycan məktəbinə olan inam və etimadı cəmiyyətdə tamamilə yoxa çıxarır. Ölkədə ən yaxşı məktəblərin liseylər, gimnaziyalar olduğunu deyirik, ordakı müəllimləri seçim əsasında yerləşdiririk. Buna baxmayaraq, onların şagirdlərinin də repetitor yanına getdiyinin şahidi oluruq. Bunun səbəbi odur ki, Azərbaycan məktəbinə olan inam, etibar yoxa çıxıb. Azərbaycanda istənilən məktəbə ən peşəkar müəllimlər yığsalar belə, yenə də Dövlət İmtahan Mərkəzinin dərslikləri ilə keçirilən imtahana, o proqram əsasında hazırlaşmayınca uğur qazanmaq mümkün deyil.

Butün bunlara görə, imtahana repetitorsuz hazırlaşmaq mümkün deyil. Dövlət İmtahan Mərkəzinin imtahan mexanizində ciddi dəyişiklik olunarsa, test hazırlamaq səlahiyəti ondan alınarsa, DİM bütün digər ölkələrdə olduğu kimi, imtahan keçirən texniki bir qurum olarsagünümüzdə nə repetitorluq bu səviyədə olar, nə də Azərbaycan məktəbinə inamsızlıq. Hətta hörmətsizlik, etimadsızlıq da olmaz. Eyni zamanda, Azərbaycan müəllimi haqqında bu qədər düşünmərik. Çünki repetitor da həmin məktəbdə dərs tədris edən müəllimdir. Sadəcə bu gün məktəb dərsliyi ilə buraxılış, qəbul imtahanı vermək mümkün deyil".
0 0

Şərhlər

Oxşar xəbərlər