
Şikayətlər
2-03-2023, 14:26
799
Bakı məktəbində şagirdlər arasında insident yaşanıb - ƏTRAFLI
Bakının 83 nömrəli məktəb-liseyində iki nəfər 10-cu sinif şagirdi tənəffüs zamanı zarafatlaşarkən anlaşılmazlıq əsnasında sanitar qovşaqda mübahisə və münaqişə ediblər.
TehsilForumu.Az xəbər verir ki bu barədə "Tehsil.biz"ə 83 nömrəli məktəb-liseydən məlumat verilib.
Bildirilib ki, hadisə fevralın 28-də baş verib:
"Məktəb rəhbərliyi dərhal məsələyə müdaxilə edib, valideynlər məktəbə dəvət olunub. Məktəb rəhbərliyi tərəfindən psixoloqun iştirakı ilə valideynlər və şagirdlərlə söhbət aparılıb.
Məsələ ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verilib".