Həmkarların pulu hara gedir ?
23-01-2023, 20:30
2 616

Həmkarların pulu hara gedir ?

Müəllimlərə «bülleten» pulu haradan verilir?

Müəllim ordusunun maaşının 2 faizi həmkarlara gedir. Ölkə üzrə təxminən 170.000 orta məktəb müəllimi var, onların da orta aylıq maaşı 100 manatdır, beləliklə orta məktəb müəllimlərinin həmkarlara ödədiyi məbləğ ayda azı 340.000 manat edir.

Nə vaxtsa bu pulla müəllimləri «putyovkaya», müxtəlif yerlərə istirahətə göndərilirdi. İndi isə çox şey dəyişib. Əvvəla, həmkarlara yığılan pullar elə müəllimlərin «bülleten» (xəstəlik kağızı) pullarının ödənməsinə sərf olunur. Halbuki «bülleten» pulunun ayrılması qətiyyən həmkarların ittifaqlarının səlahiyyətində deyil. 

Həmkarlar İttifaqları haqqında qanunda deyilir ki, həmkarlar müstəqil qurumlardır, dövlət idarələrinə, siyasi partiyalara, ictimai birliklərə tabe deyillər, onlara hesabat vermirlər, öz rəhbər orqanlarını seçir və geri çağırır, plenumlar, qurultaylar keçirirlər. Qanun 1994-cü ildə qəbul edilib.

Hazırda Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) 1 milyon 500 min üzvü var. 16 il əvvəl yaradılmış bu qurum özündə 18610 həmkarlar ittifaqı təşkilatını birləşdirir.

İstəyən vətəndaş həmkar vergisindən imtina edə bilər. Bundan əlavə işçinin həmkarlara üzv olmaq yalnız ərizə əsasında həyata keçirlir. Üzv olmaq işçinin səlahiyyətinə daxildir. Yəni işə götürən işçini onun ərizəsi olmadan həmkarlar təşkilatına üzv edilə bilinməz.  Məcbur edilə bilməz.

Həmkarlar İttifaqından çıхmaq könüllü оlaraq ərizə vеrilən gündən həyata kеçirilir.
 
0 0

Şərhlər

Oxşar xəbərlər