Azərbaycanda maaşı mənimsənilən müəllimlər DTX-yə müraciət etdilər
23-01-2023, 13:00
948

Azərbaycanda maaşı mənimsənilən müəllimlər DTX-yə müraciət etdilər

Naxçıvan şəhər 10 saylı uşaq bağçasının bir qrup tərbiyəçisi ictimaiyyətə və Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) müraciət edib.

TehsilForumu.Az  "Gündəlik Naxçıvan"a istinadən xəbər verir ki, onların müraciətinə əsas səbəb maaşlarının hər ay müdriyyət tərəfindən mənimsənilməsidir.

Tərbiyəçilər həm də dərəcələrinin aşağı salınmasından şikayətçidirlər.

“Biz uzun illərdir ki, bağçada tərbiyəçi işləyirik. Aramızda 15-20, 30 il bağçada tərbiyəçi işləyənlər var. Onların hamısı universitet bitirmiş, ali təhsilli, riyaziyyat, dil və ədəbiyyat, tarix, filologiya müəllimləridir. Üç aydır bizə ixtisasca bağça müəllimi olmadığımızı bildirərək dərəcəmizi 14-dən 10-a salıblar. Oktyabr, noyabr, dekabr ayının maaşlarından 50-80 manat qanunsuz olaraq saxlayırlar. Dəfələrlə müdriyyətə və aidiyyəti qurumlara müraciət etsək də, heç bir nəticə olmayıb. Bağça müdiri deyir ki, “hara istəyirsiniz, şikayət edin”. Bu səbəbdən DTX-dən xahiş edirik ki, problem araşdırılsın", - deyə müraciətdə deyilir.

Şikayətçilər əlavə olaraq qeyd ediblər ki, 10 saylı bağça müdiri musiqi məktəbini qurtarıb: "Necə olur ki, musiqi məktəbini bitirən birinə bağçaya rəhbərlik etmək tapşırılır, amma ali təhsilli müəllimlər bağçada işləyə bilmir?"
0 0

Şərhlər

Oxşar xəbərlər