Məktəb bufetlərindəki qidaların keyfiyyəti və qiyməti necə tənzimlənməlidir?
20-01-2023, 18:05
433

Məktəb bufetlərindəki qidaların keyfiyyəti və qiyməti necə tənzimlənməlidir?

"Hazırda məktəb bufetləri ilə bağlı vəziyyət ürəkaçan deyil. Çünki hal-hazırda demək olar ki, məktəblərdəki bufetlər əksər məktəb rəhbərliyinin monopoliyasındadır".

TehsilForumu.Az xəbər verir ki bunu  açıqlamasında təhsil eksperti Elçin Əfəndiyev deyib.

Ekspertin sözlərinə görə, bəzi məktəb direktorları bufetlərdəki satışlara özləri nəzarət edir, gələn gəliri öz hesablarına köçürürlər:

"Bufetdən qazanılan qazancla məktəbdə çatışmayan işlər görülə bilər. Məsələn, qırıq partalar, lövhələr bərpa oluna bilər, avadanlıq alına bilər. Ən azından bufetdən gələn gəliri A4 kağızlarına xərcləmək olar ki, müəllimlərdən kağız pulu yığılmasın və ya müəllim məktəb xərcləri üçün pul xərcləməsin və s. Ancaq təəssüflər olsun ki, bəzi məktəb direktorları bufetlərdən əldə olunan maddi vəsaiti öz şəxsi hesablarına köçürürlər".

E.Əfəndiyev bildirib ki, bufetlərdə məhsul satışı monopoliya olduğu üçün istənilən qiyməti təyin etmək mümkündür:

"Bufetlər məktəb direktorlarının nəzarətində olduğundan burada hər hansısa bir yerdən məhsullar ucuz qiymətə alınıb maya dəyərinin üzərinə bir qədər məbləğ qoyulub şagirdlərə satıla bilər. Bunun üçün də qiymət tənzimlənməsinə müvafiq olaraq aidiyyəti qurumlar nəzarət etməlidirlər. Qidaların qiymətinin tənzimlənmə məsələsinə İqtisadiyyat Nazirliyi, təhlükəsizlik və keyfiyyət məsələsinə isə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət etməlidir. Doğrudur, elə məktəblər var ki, bufeti yoxdur, ancaq bufetlə təmin olunan çox sayda məktəblər də var ki, orada satılan qidaların təhlükəsizliyi, məhsullara edilən nəzarət sual altındadır. Mütləq şəkildə bu istiqamətdə nəzarət gücləndirilməli, mütəmadi şəkildə monitorinqlər təşkil edilməlidir. Qiymət tənzimlənməsinə gəldikdə isə Qida Təhlükəsizliyi Agentliy qidaların keyfiyyətliliyini yoxladıqdan sonra şagirdlərin büdcəsinə uyğun qiymətə satılmalıdır".
0 0

Şərhlər

Oxşar xəbərlər