Bu məktəbdə summativ üçün pul yığılır - İDDİA+SƏSYAZISI
6-01-2023, 11:00
2 682

Bu məktəbdə summativ üçün pul yığılır - İDDİA+SƏSYAZISI

Naftalan şəhər İ.Nəsimi adına 1 saylı tam orta məktəbin direktoru şagirdlərdən pul yığır.

TehsilForumu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə səs yazısı paylaşılıb.

Səsyazısında valideynlərdən biri məktəblilərə və digər valideynlərə müraciət edərək onlardan summativ pulu gətirmələrini istəyir. Bu tələbin məktəb direktorunun tapşırığı ilə icra olunduğu bildirilir.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən "Tehsil.biz"ə verilən məlumata görə, sözügedən məsələ barədə araşdırma aparılır.

Həmin səs yazısını təqdim edirik:

0 0

Şərhlər

Oxşar xəbərlər