Nazir: Sertifikatlaşdırmadan kəsilən müəllimin əmək müqaviləsinə qürur hissi ilə xitam vermirik
7-06-2024, 12:54
811

Nazir: Sertifikatlaşdırmadan kəsilən müəllimin əmək müqaviləsinə qürur hissi ilə xitam vermirik

Hər beş müəllimdən biri 50 baldan yuxarı, üçü 30-50 bal, biri isə uğur qazana bilmir. Əgər müəllim ona verilən iki şansda uğur qazanmayıb nailiyyət əldə edə bilmirsə, bunun ağrılı və acılı olmasını anlayırıq". 
 

TehsilForumu.Az xəbər verir ki ,  xəbər verir ki, bunu “Report”a açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
 
"Təbii ki, həmin şəxslərlə imzalanan əmək müqaviləsinə qürur hissi ilə xitam vermirik. Anlayırıq ki, bu, ayrı-ayrı insanların sosial həyatına mənfi təsir edən qərardır. Lakin onu da başa düşməliyik ki, ölkəmizin gələcəyinin inkişafı naminə bu addım nə vaxtsa atılmalıdır. Yəni nə qədər gec addım atılacaqsa, bu, bir o qədər daha ağrılı olacaq. Ona görə də bu addımı daha tez atmaq məsləhətdir. İnandığımız ondan ibarətdir ki, müəyyən faiz müəllimlər üçün keçirilən təlimlərin nəticələri əvvəlkilərə görə müsbət nəticə verir” - deyə nazir qeyd edib.
 
Emin Əmrullayev əlavə edib ki, yəqin ki, ötən il olduğu kimi bu il də müəyyən sayda sertifikatlaşdırma imtahanlarında uğur qazana bilməyən müəllimlərin əmək müqaviləsinə xitam vermək acı həqiqəti ilə üz-üzə qalacağıq. 
 
"Həmin təhsilverənlərlə bağlı yanaşmamız ondan ibarətdir ki, bu addım daha kiçik sayda qrupun sosial problemi deməkdir, nəinki qrupun gələcəkdə yarada biləcəyi fəsadların böyüklüyü. Nəzərə almaq lazımdır ki, bir müəllim öz fəaliyyəti dövründə təxminən 300-500 aralığında şagirdə dərs keçir. Ona görə də peşəkarlıq səviyyəsi yerində olmayan adam məktəbdə olduğu dövrdə təxminən 500 dəfə özündən daha çox problem yaradır. Bunun qarşısını nə qədər tez ala biliriksə, o qədər düz iş görürük deyə fikirləşirəm”, - nazir əlavə edib.

0 1

Şərhlər

Oxşar xəbərlər